Məhkəmə-Hüquq Şurasına yeni üzvlər təyin edildi - Onlar kimdir? + FOTO

img

24-02-2026 [12:49]


Məhkəmə-Hüquq Şurasına yeni üzvlər təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə Hakimlərin Ümumi Yığıncağında qərar qəbul olunub.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yeni sədri Aida Hüseyn və Şəki Kommersiya Məhkəməsinin sədri Mübariz Hüseynov Şuraya üzv seçilib.

Hakim A.Hüseyn Naxçıvan MR Ali Məhkəməsinin əvvəlki sədri Səadət Bektaşini əvəz edib. Hakim M.Hüseynov isə həm də Hakimlərin Qiymətləndirmə Komissiyasının üzvüdür.

Qeyd edək ki, yenidən formalaşan Şuranın 15 üzvü var.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA