BOLT-da NƏ BAŞ VERİR? - Bakı ofisində yoxlama və... + VİDEO
24-02-2026 [12:30]
Azərbaycanda “Bolt” platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər.
Mia.az Bakupost.az-a istinadən xəbər verir ki, “Bolt”la əməkdaşlıq edən bir neçə sahibkarın şikayəti nəticəsində şirkətin Bakı ofisində yoxlamalar aparılıb. Şirkət daxilində maliyyə və idarəetmə prosesləri yoxlanılıb.
Ciddi pozuntular aşkarlanan Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib.
Yoxlamalar zamanı məlum olub ki, sürücülər hansısa səbəbə görə bloklanır. Ofisə müraciət olunsa da? bloklanma açılmır. Bir müddət kimsə elan verir ki, blokları açmaq mümkündür. Sürücü həmin şəxsə 200-300 manat pul verdikdən sonra bloklanma aradan qalxır.
Başqa bir problem filit məsələsi ilə bağlıdır. Portalda sənədlərin yenilənməsi zamanı sahibkarı incidirlər. 3-4 min manat aldıqdan sonra sənədlərdəki “problemlər” aradan qalxır.
Üçüncü məsələ reklamla bağlıdır. Sahibkarlar avtomobillərə reklam vurduqda hər gedişə görə ödəniş bonusu olmalıdır. Son vaxtlar bununla bağlı hərc-mərclik hökm sürür. Ofisə müraciət edən sahibkarlara deyilir ki, reklam kampaniyası dayandırılıb. Amma 500 manat ödəyənlərin avtomobillərinə reklam vurulur və onlar bonuslardan yararlanır.
Park sahiblərindən birinin verdiyi geniş açıqlamada qeyd olunur ki, bəzi parkların avtomobilləri platformaya qəbul edilmədiyi halda, “öz adamları” hesab edilən digər parkların maşınları problemsiz şəkildə sistemə daxil edilir.
Şikayətçi park sahibi bildirir ki, onun balansında on minlərlə manatlıq vəsait saxlanılmasına, sürücülərin ödənişlərinin vaxtında təmin olunmasına baxmayaraq, parkları bloklanıb və fəaliyyət faktiki olaraq iflic vəziyyətinə salınıb. Sahibkarın sözlərinə görə, bu qərarlar üçün əsaslandırılmış izah verilmir, müraciətlər isə formal cavablarla nəticəsiz qalır.
İddialara əsasən, “Bolt”un bəzi filiallarında reklam stikerlərinin vurulması rəsmi qadağan edildiyi halda, müəyyən şəxslərdən 500 manat tələb olunmaqla bu qadağa qeyri-rəsmi şəkildə aradan qaldırılıb. Şikayətçi bildirir ki, reklam üçün pul yığılması, bu vəsaitlərin filiallar və “baş ofis” arasında bölüşdürülməsi ilə bağlı video və səs yazıları, həmçinin çeklər mövcuddur. Sahibkarın sözlərinə görə, reklamlar rəsmi qadağadan sonra da yalnız “yaxın” parklara icazə verilməklə həyata keçirilib.
Park sahibinin iddiasına görə, bu məsələlər ictimailəşdirildikdən sonra bir sıra sürücülərə və park sahiblərinə ofisdən zənglər edilib, təzyiq göstərilib və nəticədə bir çoxu geri şikayətini çəkərək susmağa məcbur olub. “Estoniyaya müraciət edək” təşəbbüsünə əvvəlcə onlarla adam dəstək versə də, sonradan hamısının mövqeyini dəyişməsi bu iddiaları daha da gücləndirib.
Açıqlamada hava limanı və şəhərdaxili kateqoriyalarla bağlı da ciddi suallar yer alır. Bildirilir ki, bəzi kateqoriyalar faktiki olaraq qapalı saxlanılır, yalnız müəyyən parklara və sürücülərə giriş imkanı verilir. Bunun üçün irəli sürülən şərtlər isə ya real deyil, ya da formal xarakter daşıyır. Park sahibi bunu “gözə kül üfürmək” kimi qiymətləndirir.
Digər ciddi problem isə selfi və kamera tələbləri ilə bağlıdır. Şikayətçi bildirir ki, bəzi sürücülər monitor üzərindən işlədiklərinə və ya telefon kameraları nasaz olduğuna görə selfi tələblərini alternativ cihazdan yerinə yetirdikdə avtomatik bloklanırlar. Halbuki IP, yerləşmə və digər texniki göstəricilər sürücünün eyni şəxs olduğunu açıq şəkildə göstərir. Buna baxmayaraq, ofislər problemi araşdırmadan bloklamanı açmaqdan imtina edir.
Park sahibi vurğulayır ki, onun parklarında heç vaxt sürücülərin vəsaitlərini nağdlaşdıra bilməməsi problemi olmayıb və hazırda da park balanslarında kifayət qədər vəsait mövcuddur. Buna baxmayaraq, ona qarşı əsassız araşdırmaların aparıldığı, fəaliyyətinin məqsədli şəkildə dayandırıldığı iddia olunur.
Şikayətçi park sahibi bildirir ki, digər platformalardan və parklardan ona əməkdaşlıq təklifləri gəlsə də, o, ilk gündən “Bolt”la işlədiyini və problemi platformanı tərk etməklə deyil, ədalətin bərpa olunması ilə həll etmək istədiyini deyir. Onun sözlərinə görə, məsələ təkcə şəxsi problem deyil, yüzlərlə sürücü və park sahibi eyni vəziyyətdən əziyyət çəkir.
Açıqlamanın sonunda park sahibi “Bolt”un mərkəzi ofisindən obyektiv araşdırma aparılmasını, parkların fəaliyyətinin bərpa edilməsini və yalnız bundan sonra hər hansı hüquqi qiymətləndirmənin verilməsini xahiş edir. O, bütün sübutları təqdim etməyə və istənilən platformada, o cümlədən Estoniyada məsələni şəxsən izah etməyə hazır olduğunu bildirir.
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb
Prezident daha üç qanuna dəyişikliyi təsdiqlədi
DAHA BİR DÖVLƏT QURUMU AAYDA-da YOXLAMA APARIR
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Sabah hava necə olacaq? - Proqnoz
Tramp: "5 iranlı idmançıya sığınacaq verildi"
Müşfiq Abbasov azadlığa çıxıb
Əli Əsədov yeni qərar imzalayıb
Dövlət Məşğulluq Agentliyində kadr dəyişikliyi olub
İrandan indiyədək Azərbaycana 2 097 nəfər təxliyə olunub
"Trabzonspor"un baş məşqçisi: "Ən vacib şey qalib gəlmək idi"
Baş nazir deputatlara hesabat verəcək
Cəbrayıl komandasına yeni baş məşqçi təyin edildi
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Qəzzada daha bir jurnalist həlak olub
Şəkidı qadın dəm qazndan ölüb.
Prezident tapşırıq verdi, İrana yardım göndərildi - VİDEO
"Sayğaclara texniki baxış, oxunma, pul yığımı, sızma və fasiləsiz iş rejimi... - "Azəriqaz"da "qul əməyi" sistemi var
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq