Kansler: "Bu gün baş verənlərə tarix bir neçə ildən sonra qiymət verəcək"

img

20-02-2026 [20:52]


"Artıq gözlənilməzlik siyasət alətinə çevrilib. ABŞ ilə bu gərginliyi və amerikalılarla münasibətlərini yenidən müəyyənləşdirməyə ciddi ehtiyac var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya Kansleri Fridrix Merz lideri olduğu  Xristian Demokrat İttifaqının iclasında deyib.

O, ABŞ-la aralarında siyasi gərginliyin artdığını etuiraf edib: "Lakin biz amerikalıların dost və strateji müttəfiqik. Biz bunu qorumaq üçün çalışırıq. Təəssüf ki, ABŞ-ın beynəlxalq nizamın qarantı kimi roluna marağı azalıb. Bununla belə, ABŞ-la sarsılmaz tərəfdaşlıq üçün səylərizi dayandırmayacağıq. Düzdür, bütün hallarda gələcək taleyimizin öz əlimizdə olması üçün yorulmadan cəsaərətlə davranmalıyıq"

Kansler qeyd edib ki, bir neçə ildən sonra bu gün baş verənlərə tarixi qiymət veriləcək: "O zaman bu gün düzgün iş görülüb-görülmədiyi aydın izah olunacaq. Çünki tarix bizə bir şeyi öyrədib: kimisə dilə tutumaq, sakitləşdirməyə can atmaqla sülh olmur, yaranmır. Bu, əksinə, təcavüzkarı daha da cəsarətləndirir. Bu gün sadəlövh pasifizmə uyanlar sabahkı müharibələri təşviq edirlər..."

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA