Kamran Əsədov ev dustaqlığına buraxılmadı - Məhkəmə prosesi (YENİLƏNİB)

img

12-02-2026 [18:46]


Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Əsədov və digər təqsirləndirilən Gündüz Abbasov ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatət veriblər. 

Vəsatətlər təmin edilməyib. Daha sonra şahidlər ifadə verib.

***

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Mia.az unikal.az-a istinadən xəbər verir ki, proses bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutub.

Prosesdə təqsirləndirilən şəxslər tanınmış təhsil eksperti Kamran Əsədov və Gündüz Abbasov, həmçinin şahidlər, zərərçəkmişlər və DİM nümayəndələri iştirak edir.

Qeyd edək k, bundan əvvəlki prosesdə yanvarın 23 tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmə zalından həbs edilib. K.Əsədov və G.Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA