Energetika naziri İran səfiri ilə müzakirə aparıb - Açıqlama

img

12-02-2026 [15:06]


Azərbaycan və İran arasında iki ölkə arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib.

Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, bu müzakirələr nazir Pərviz Şahbazovun İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul zamanı aparılıb.

Görüşdə iki ölkə arasında energetika sahəsində birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, yaxın günlərdə Bakıda keçiriləcək Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası mövcud layihələrin icrasının sürətləndirilməsinə də mühüm töhfə verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA