DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ: hansı məsələlər müzakirə olunacaq? - SİYAHI

img

10-02-2026 [17:55]


Milli Məclisin fevralın 13-də keçiriləcək iclasının gündəliyi bəlli olub.

Mia.az xəbər verir ki, iclasda aşağıdakıl məsələlər müzakirə olunacaq:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi

2. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

3. Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

4. "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

5. Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

6. "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

8. Mülki Məcəllədə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

9. Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

10. "İnvestisiya fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA