DOLLAR UCUZLAŞACAQ? - Tramp məzənnə ilə bağlı elə açıqlama verdi ki...

img

28-01-2026 [10:03]


ABŞ Prezidenti Donald Tramp ABŞ dollarının çox dəyər itirməsi iddiasını qəbul etməyib.

Mia.az xarici məbuata istinadla xəbər verir ki, bu barədə o, Ayova ştatında jurnalistlərin sualına cavabda danışıb.

Dolların ucuzlaşması ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, o, belə düşünmür: "Xeyr, düşünürəm ki, bu, əladır. Gördüyümüz işə baxın. Xeyr, dollar əla işləyir".

ABŞ lideri əvvəllər Çin və Yaponiya ilə valyuta sahəsində çox mübarizə apardıqların da xatırladıb: "Çünki onların valyutalarını devalvasiyaya sürükləmək istəyirdik. Əlbəttə, bu, ədalətli deyildi. Üstəlik, devalvasiya rəqabəti daha da çətinləşdirir. İndi bizim dollarımız öz səviyyəsini tapmağa çalışır. Əsl dəalətli qərar budur. Ancaq mən istəsəm, dolları istənilən vaxt yuxarı və ya aşağı hərəkət etdirə bilərəm".

Yeri gəlmişkən, Trampın bu açıqlamalarından sonra dollar avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Britaniya funtu və İsveç kronası qarşısında dəyəri ölçən indeksi 95,6-ya enib: "Bu da son dörd ilin ən aşağı səviyyəsidir".

Onu da qeyd edək ki, beynəlxalq bazarlarda avro/dollar pariteti də 1,20-yə yüksələrək 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA