Nazirlik təbliğat videosunu niyə rus dilində çəkib - Açıqlama + VİDEO

img

19-01-2026 [14:40]


Energetika Nazirliyinin sosial şəbəkə hesabında rus dilində çəkilmiş video paylaşılıb.

Mia.az xəbər verir ki, azərbaycanlı influenserlə övladının yer aldığı videoda enerjiyə qənaət etməklə bağlı çağırış rus dilində səsləndirilib, öz doğma dilimizdən isə alt yazıda istifadə olunub.

Prezident İlham Əliyevin ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdiyi bir dönəmdə dövlət qurumunun həmin videonu paylaşması müzakirə yaradıb.

Məsələ ilə bağlı Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Amil Həsənov Modern.az-a bildirib ki, enerjinin səmərəliliyi kampaniyası çərçivəsində artıq 160-dan çox fərqli şəxsin videosu var: “Həmin videolar müxtəlif dillərdə hazırlanıb və  bu kampaniyaya qoşulan şəxslərin videoları seçim əsasında indiyədək sosial media səhifələrimizdə paylaşılıb. Rus dilində olan videolarla yanaşı, ingilis dilində də çarxlar var. Niyə məhz rus dilində olan təbliğata mənfi yöndən yanaşılır?”

A.Həsənov qeyd edib ki, Azərbaycanda müxtəlif anadilli vətəndaşlar var, uyğun dillərdə reklamların olması məqsədəuyğundur: “Rus dilində olmasına baxmayaraq, alt yazı Azərbaycan dilindədir. Nəticədə reklamın təsir imkanları genişlənir. Azərbaycan dilində də kifayət qədər videoçarxlar hazırlanır”.

Onun sözlərinə görə, təşkilat heç bir influenserlə müqavilə bağlamır və buna görə heç kəsə ödəniş edilmir: “Bu, könüllülük təşəbbüsüdür və biz yalnız həmin materialları seçim əsasında rəsmi səhifəmizdə paylaşırıq”.

Sözügedən videonu təqdim edirik:

qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA