REKTORUN PROFESSOR DƏRƏCƏSİ NİYƏ LƏĞV EDİLİB? - Prezident fərmanı pozulubmuş

img

14-01-2026 [22:37]


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbini açıqlayıb.

Bu barədə Komissiyasının sədr müvini Sakin Cabbarov məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Əminağa Bəhmən oğlu Sadıqov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.2-ci yarımbəndinə əsasən elmi ad verilməsi proseduru pozulduğu səbəbindən professor elmi adından məhrum edilib.

Qeyd edək ki, bir müddət əvvəl Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsi ilə bağlı xəbərlər yayılmışdı/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA