Rusiya ABŞ-dan gəmisini tələb edir: "Beynəlxalq hüquqa hörmət edin!"

Rusiya ABŞ-dan gəmisini tələb edir: "Beynəlxalq hüquqa hörmət edin!"

DÜNYA

09.01.2026, 00:17

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın beynəlxalq dəniz sularında Rusiyann neft tankerini həbs etməsi barədə bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda ABŞ-ın Avropa Komandanlığı tərəfindən Şimali Atlantikada Rusiyada qeydiyyatdan keçmiş "Bella 1" neft tankerinin ələ keçirilməsinin həyəcanverici olduğu bildirilib.

Qeyd edilib ki, bununla ABŞ beynəlxalq hüququ kobud şəkildə pozub: "Amerika əsgərləri tərəfindən açıq dənizdə gəminin ələ keçirilməsi, heyət üzvlərinin girov götürülməsi beynəlxalq dəniz hüququ prinsiplərinin və normalarının, eləcə də naviqasiya azadlığının pozulmasıdır. ABŞ-dan bu qəbuledilməz hərəkətə dərhal son verməyə, gəmi və heyətini azad etməyi tələb edirik"

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR