Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağda mina axtaracaq - ANAMA 7 milyondan çox pul ayırdı

img

06-01-2026 [21:53]


Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərinə 7 024 230 AZN sərf olunacaq.

Pravda.az-ın xəbərinə görə, bu işləri Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF)göstərəcək.

Sifarişçi isə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsidir.

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, rəqabət təmin edilməyib, “Bir mənbə metodu” tətbiq olunub.

Fondun rəhbəri Umud Mirzəyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA