"Temu" Azərbaycanda bloklanacaq? - Açıqlama + Etiraz doğuran FOTOLAR
05-01-2026 [09:21]
Azərbaycanda “Temu” onlayn alış-veriş platformasında satışa çıxarılan bəzi məhsullar ictimai narazılığa səbəb olub.
Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan 8 Noyabr - Zəfər Günü və Zəfər abidəsinə aid simvolların hamam aksesuarları, corablar və unitaz üçün ayaqaltılar üzərində təsvir edilməsi cəmiyyətdə milli dəyərlərə hörmətsizlik kimi qiymətləndirilir.
Sosial şəbəkələrdə geniş müzakirələrə yol açan məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi tələb olunur.
Maraqlıdır, buna qarşı hansı hüquqi addımlar atıla bilər?
Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, sözügedən platformanın Azərbaycanda rəsmi nümayəndəliyi olmadığı təqdirdə hər hansı hüquqi tədbir görmək olduqca çətin olacaq.
Onun sözlərinə görə, şirkətin yerləşdiyi ölkəyə müraciət edilməsinin real nəticə verməsi ehtimalı azdır:
"Onların burada nümayəndəliyi yoxdursa, tədbir görmək çətin olacaq. Onların yerləşdiyi ölkəyə bunu yazmağın faydası olmayacaq. Bu halda yeganə effektiv yol platformanın ölkə ərazisində bloklanması ola bilər.
Belə ki, bloklama tətbiq edildiyi təqdirdə, şirkət nə öz məhsullarını Azərbaycanda sata, nə də reklam fəaliyyəti göstərə bilər. Yeganə yolu bunu görürəm".
Sahib Məmmədov əlavə edib ki, əgər platformanın ölkəmizdə rəsmi nümayəndəliyi olsaydı, onlara qarşı hüquqi tələblər irəli sürmək mümkün olardı: "Lakin bu da ciddi nəticə verməyə bilər. Çünki o platforma qlobal şəbəkədir və reklam siyasəti bütün ölkələr üçün eyni prinsiplə həyata keçirilir. Mövcud vəziyyətdə ən real və təsirli addım məhz bloklama mexanizmidir".
MİA.AZ
İsrail Qəzzada çadırları bombaladı: ölənlər var
Prezident icra başçıları və Fuad Nəcəfovun vəzifədən azadolunma səbəbindən danışdı: "Əfsuslar olsun ki, etimadımı doğrultmayıb və..."
İordan çayının Qərb sahilində həbslər davam edir - Saxlanılanlar arasında jurnalist də var
Etibar Məmmədovun köməkçisi: "Adnan Əhmədzadə, Ramiz Mehdiyev və digərlərinin simasında..." - "Onlar o qədər şişiblər ki..." (MÜSAHİBƏ)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Super Kubok: "Qalatasaray" "Trabzonspor"u darmadağın etdi
MADURO və ARVADI HAKİM QARŞISINDA: "Günahsızam, ölkəmin prezidentiyəm" - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Daha bir məşhur müğənni saxlanıldı - Hava limanında
Millimizin baş məşqçisi istefaya göndərildi
Şərqşünas alim Harvard Universitetinin sertifikatını alıb
Ərdoğan BƏƏ Prezidenti ilə müzakirə aparıb
Rəisi həbs olunan idarəyə rəhbər təyinatı olub
Bu gün geomaqnit qasırğası gözlənilir
Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Baku City Karting” əyləncə mərkəzində qəza: 18 yaşlı olan öldü
Yeni rəis vəzifədən çıxarıldı - Eldar Əzizov eyni adam haqda iki ay içində iki fərqli əmr imzaladı
Salyan şəhərində 11 yaşlı məktəbli ölüb
Dövlət Xidməti şirkətlə bağlı prokurorluğa sənəd hazırlayır
Rektorun sevimli şirkəti daha 23 milyonluq tenderin qalib elan edildi - Tez-tez dəyişən rəhbərlər və...
Qarabağ bölgəsində 69205 hektar ərazi minalardan təmizlənib
Ali məktəblərə subsidiyalar artırılıb
"Mançester Yunayted" baş məşqçi ilə yolları ayırdı - SƏBƏB
Kamran Əliyev bu rayonda vətəndaşları qəbul edəcək
Xırdalanda tikinti şirkəti ağacları doğrayıb
Azərbaycanın 25 milyarddan çox borcu var
Leyla Əliyeva Omanda - FOTOLAR
MART AYINDA 17 GÜN İŞ OLMAYACAQ
"Sahil Babayev Saleh Məmmədova güzəşt etmək fikrində deyil" - AAYDA-da təftiş başlayıb?
“Araz-Naxçıvan”ın baş məşqçisinə köməkçilər təyin edilib
Ərdoğan: "Türkiyənin F-35 proqramına qayıtması..." - "Bizim üçün vacib olan etibarın qorunmasıdır"
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyədə maaş və pensiya artdı - Bu qədər
İstanbulda daha bir aktyor saxlanıldı - Narkotik ittihamı ilə
Ərəstun Oruclunun məhkəməsi: baxış təyin olundu
Marneuli bazarında azərbaycanlı ata və oğlu güllələndi - Biri ölüb, digərinin isə... (VİDEO, FOTO) - Yenilənib
Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilir
Bakı Fond Birjasının sədrinə müşavir təyin olunub
Xaçmazda iki il əvvəl törədilmiş qətlin üstü açılıb - İtkin düşmüş 38 yaşlı şəxsi güllələyiblərmiş