"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)

"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)

GÜNDƏM

25.12.2025, 12:35

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.

Mia.az xəbər verir ki, görüş zamanı Ağdam sakini ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.

Maarif Hüseynov: Erməni sevinəcəkdi, deyəcəkdi, Qarabağ da bizimdir, elə Qarabağ atları da. Öpürəm Sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.

Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb (gülür).

Maarif Hüseynov: Çox xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: İki uşağı var.

Sakinlər: Allah saxlasın.

Prezident İlham Əliyev: İki oğul. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR