Sumqayıtda “Müasir stomatologiya”nın açılışı oldu – FOTOSESSİYA

img

15-09-2014 [12:45]


Sumqayıt şəhərində "Müasir stomatologiya” klinikasının rəsmi açılışı oldu. Sentyabrın 12-də baş tutan tədbirdə şəhər ictimaiyyəti və media nümayəndələri iştirak edirdi.

Klinikanın baş həkimi Namiq Çobanov öz çıxışında bildirdi ki, "Müasir stomatologiya” klinikasında çalışan təcrübəli mütəxəsisslərin işlə təmin olunması ölkə rəhbəri cənab İlham Əliyevin işsizliyin aradan qaldırılması siyasətinə dəstəkdir. Bununla bərabər, cənab prezidentə sahibkarların iş qurumunda yaratdığı şəffaflığa görə xüsusi minnətdarlığını bildirdi və stomatoloji mərkəzin rəsmi açılışını bildirən qırmızı lenti kəsdi.

Daha sonra qonaqlar "Müasir stomatologiya” klinikasında yaradılmış şəraitlə tanış oldular.

Qeyd edək ki, "Müasir stomatologiya” klinikası dünya standartlarına tam uyğun, unikal müalicə, bərpa və estetik metodikaları tətbiq edərək ən müasir stomatoloji avadanlıqla təchiz olunub. Burada sterilizasiya şərtlərinə qəti sürətdə əməl etmək, ən vacib prinsiplərdəndir. Klinikada bütün növ stomatoloji xidmətlər göstərilir. Buradasiz peşəkar mütəxəssislər tərəfindəndüzgün diaqnostika olunaraq, sizə uyğun müalicə metoduilə tanış ola bilərsiniz. Klinikanın özəlliyi ondadır ki, o günün 24 saatını işləyir və pasiyentlərə müxtəlif anesteziya metodları təklifedir.

Klinikadan sumqayıtlılara müjdə!
Sentyabr ayının 30-dək uşaq stomatologiyası şöbəsində müayinə və konsultasiya pulsuz olaraq həyata keçirilir!


Unutmayaq ki, sağlam təbəssüm – sağlam həyata zəmanətdir!
Klinika Sumqayıt şəhər, Nizami küçəsi, 23/14 ünvanında yerləşir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:09 05.04.2026

Sabah yağış yağacaq

12:39 04.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA