Paşinyan Rusiyadan İlham Əliyevə təşəkkür etdi - Ermənistana qarşı blokadanı ləğv etdiyinə görə

img

22-12-2025 [12:53]


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Mia.az TRT Haber-ə istinadla xəbər verir ki, buna səbəb Ermənistana qarşı tranzit blokadasını ləğv olunmasıdır.

Məlumata gərə, bu barədə Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin Prezident Kitabxanasında keçirilən Avrasiya İqtisadi Birliyinin (AİB) ən yüksək orqanı olan Ali Avrasiya İqtisadi Şurasının iclasında söz açıb.

O, çıxışında bildirib ki, Cənubi Qafqazda müsbət və konstruktiv dəyişikliklər davam edir: "Bu, regiondakı bütün dövlətlər üçün yeni imkanlar yaradır, eyni zamanda, iqtisadi sabitliyi gücləndirir".

Paşinyan nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsini vacib heab edib: "İki ölkə arasında onilliklər ərzində Ermənistan və Azərbaycan arasında ilk tranzit daşınmalar regionda sülh və sabitliyin bərqərar olması istiqamətində mühim əhəmiyyətli nailiyyətlərdən biridir. Azərbaycan ərazisindən ölkəmizə artıq  malların tranzitinə qoyulan blokada götürülüb. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Artıq təxminən 1200 ton Azərbaycan mənşəli yanacaq daşıyan qatar 19 dekabrda Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb...".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:37 21.12.2025

Maştağafa obyekt yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA