"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
20-12-2025 [16:05]
Misli Premyer liqasının 16-cı turu çərçivəsində bu gün "Karvan-Yevlax" öz meydanında "Neftçi"ni qəbul edib.
Mia.az xəbər verir ki, bu, qonaqların yeni baş məşqçisi Yuri Vernidubun ikinci ciddi sınağı sayıla bilər.
Yeni baş məşqçi bundan əvvəlki turda ambisiyalı "Sumqayıt"la 2-2 edib və bunu təsadüfi saymayanlar var. Yeni məşqçi sözügedən oyunda hələ tam gücüylə komandasını çalışdırmasa da, artıq 22 gün keçib və bu gün onun bütün taktiki bacarıqının nədən ibarət olduğunu görəcəyik. Hərçənd bu 22 gün də Vernidub üçün etalon vaxt sayıla bilməz, amma "Karvan" la oyun psixoloji sınma nöqtəsidi. Mövsümün ən zəif komandasından xal ala bilməmək və hətta heç-heçə belə ukraynalı məşqçi üçün yaxşı heç nə vəd etmir.
22 gün ərzində Vernidub komandası ilə arı kimi işləyib: səhər saat 9-dan gecə yarısınadək komanda həm taktiki, həm də fiziki hazırlıqlar üzərində fundamental məşq edib...
Oyunda gəldikdə isə, birinci hissəsi meydan sahiblərinin açıq üstünlüyü ilə keçir. Ciddi pressinq qarşısında qalan "Neftçi" müdafiədə oynamağı seçib. Ev sahibləri qonaqların qapısı önündə 5, qonaqlar isə 2 təhlükəli qol vəziyyəti yaradıb. Eyni zamanda, komandaların formalarının bir-birinə bənzərliyi xüsusilə "Neftçi" oyunçularında qeyri-dəqiq ötürmələrin səbəbi sayıla bilər.
45+6-cı dəqiqədə isə Yevlax komandasından Araz Abdullayev penaltidən hesabı açıb.
61-ci dəqiqədə hesabı "Neftçi"min oyunçusu Bassala Sambu bərabərləşdirib - 1:1
90+8 dəqiqədə "Neftçi" penaltidən daha bir qola imza atıb - 1:2
Oyun bu hesabla başa çatıb.
Onu da qeyd edk ki, 1-ci dəqiqədə ev sahibləri qonaqların qapısından qol keçirsə də, sonradan VAR görüntüləri ilə baş hakim Əliyar Ağayev qolu qeydə almadı və beləliklə, "Karvan-Yevlax" bu mövsümün erkən qolu tutilunu ala bilmədi. Əlavə edək ki, baş hakimə oyunda Zeynal Zeynalov, Akif Əmirəli və Emin Əliyev yardım edib.
Maraqlıdı ki, oyunu stadionda Elm və təhsil naziri Emin Əmrulluayev izləyib.
Məlumat üçün bildirək ki, nazir "Neftçi"nin Müşahidə Şurasının üzvüdür.
Müşahidə Şurası üzvlərinin oyuna diqqəti, eyni zamanda, ona işarə ola bilər ki, bugünki oyunun nəticələrinin ciddi müzakirəsi mümkündür.
Mia.az-ın əməkdaşı oyundan sonra mətbuat konfransında bununla bağlı "Neftçi"nin baş məşqçisinin fikrini öyrənməyə çalışacaq.
Zülfiyyə Mustafayeva
Bakı-Yevlax-Bakı
MİA.AZ
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?