“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi

img

20-12-2025 [09:46]


Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran əsədov iddialara cavab verib.

Mia.az verir ki, o, bu haqda “Barometr TV”yə danışıb:

“Özümü birmənalı olaraq təqsirli bilmirəm. Şübhə etmirəm ki, Azərbaycanda ədalətli məhkəmə sistemi var. İnanıram ki, ədalət ortaya çıxacaq”.

Qeyd edək ki, 19 dekabrda keçirilən iclasda məlum olub ki, K. Əsədov və G. Abbasov 9, 8, 6 və 15 min (ümumilikdə 70 min) manat pul qarşılığında xüsusi avadanlıqların abituriyentlərə quraşdırılmasına, pulların isə imtahanın nəticəsindən sonra verilməsinə razılaşıb.

Kamran Əsədov hakimə dövlət ittihamçısının irəli sürdüyü maddələr üzrə ittihamlarla özünü təqsirli bilmədiyini bildirib.

Gündüz Abbasov isə ancaq Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) maddəsi ilə özünü təqsirli bilib.

Növbəti proses yanvarın 22-nə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA