41 yaşlı məntəqə sədri dəm qazından boğuldu

img

15-12-2025 [10:10]


Quba rayon sakini dəm qazından boğulub.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 41 yaşlı Vüqar Qədirağa oğlu Atayev özünə məxsus Quba rayon Dağlı kəndindəki evdə dəm qazından boğulub.

Onun meyiti hamam otağında aşkar edilib.

Bildirilib ki, V. Atayev Dağlı kənd orta məktəbinin fiziki tərbiyə üzrə rəhbəri və 52 saylı Quba Seçki Dairəsi üzrə 16 saylı seçki məntəqəsinin sədri imiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA