Kurban Berdiyev məğlubiyyətin səbəbini niyə demir? - Əməkdaşımız ondan sözü "kəlbətin"lə alıb (VİDEOLAR)

img

13-12-2025 [23:57]


"Turan-Tovuz" komandası doğma meydanında "Sabah"a 1-3 hesablı ağır ev məğlubiyyətindən sonra stadionda azarkeşlərin təpkisi ilə üzləşib.

Mia.az xəbər verir ki, 2-ci və 3-cü qoldan sonra stadionda baş məşqçi Kurban Berdiyevi istefaya çağıran şüarlar səsləndirilib. 

Yeri gəlmişkən, bu gün baş məşqçi öz komandasını 50-ci dəfəydi ki, oyuna çıxarmışdı. Lakin azarkeşləri sevindirə bilmədi. Oyunda buraxılan səhvlərin fərqindədi K.Berdiyev. Bu barədə geniş danışmaq istəməsə də, xüsusilə müdafiə xəttindəki boşluqları etiraf edir. Əslində baş məşqçidən bu xüsusda daha ətraflı analiz gözləməyə haqqımız olduğunu düşünürük. Çünki bu mövsüm "Turan" əvvəlki ampluasında deyil. 

Mətbuat konfransında mia.az-ın əməkdaşı Berdiyevdən məğlubiyyətin səbəblərini soruşub.

"Bu amillər baş məşqçinin səhvləri, futbolçunun nöqsanları, yoxsa sistemin yalnış olması ilə əlaqədardır", - deyə ona ünvanladığı suala belə cavab alıb:

-Desək ki, baş məşqçinin səhvləri yoxdu, düzgün olmaz. İstənilən məşqçi səhv edə bilər. Birinci hissə bizim düşündüyümüz səviyyədə, düzğün olmadı. Bu baxımdan "Sabah"ın istifadə edəcəyi çoxlu boşluqlar yarandı. İkinci hissədə də vəziyyət eyni oldu.

-Mən üzr istəyirəm, baş məşqçi rəqibi əvvəlcədən analiz edirmi?

- Əlbəttə.

- Olarmı, məşqçi öz fikirlərini daha dolğun eləsin? Onun dediklərinin altını doldurmaq lazımdı. Bu iki cümlənin üzərindən mən nə yazacağımı bilmirəm. 

- Biz yalnız bu qədər danışa bilərik. Detallara ehtiyac yoxdu.

- Mən klubun və baş məşqçinin taktiki sirlərini soruşmuram.

- Taktikadan danışaq?

-Oyunla bağlı 3 fərqli sual verdim, sizin cavablar 3 cümləyə belə sığışmır. Mən nə yazacağımı bilmirəm. Bizi də başa düşün.

- Bacardığım qədər cavab verdim.

Onu da qeyd edək ki, azarkeşlər Kurban Berdiyevi istefaya çağırarkən, onun azarkeşləri sevmədiyini də dilə gətirib. 

Azarkeşlər "Azarkeşi sevməyən rədd olsun, getsin", - deyib. Onların bu şüarı nədən Kurban Berdiyevə ünvanladığı bəlli deyil. Berdiyevin azarkeşlərə ünvanlı hörmətsizliyi qeydə alınmayıb. İnsanlar məğlubiyyəti səbəb göstərirsə, bu, başqa məsələ.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA