Futbol şərhçisi sərbəst buraxıldı - Mərc oyunları qalmaqalı

img

12-12-2025 [17:29]


Bu neçə gün əvvəl futbolda mərc oyunları və danışılmış oyunlar istintaqı çərçivəsində saxlanılan, lakin ürək xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən şərhçi Ahmet Çakar bu gün İstanbul Baş Prokurorluğunda ifadə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ifadəsindən sonra sərbəst buraxılıb.

Ahmet Çakar və həyat yoldaşının adına ümumilikdə 60.376.426 TL məbləğində pul köçürmələri barədə sualları cavablandırıb.

Çakar azad olunması barədə suallara cavabda deyib ki, onun günahı yoxdur: "Prokurorluq məni sərbəst buraxdı. Dedilər ki, "Gedin. sən azadsan, üərində məhkəmə nəzarəti də yoxdur".

Həyatını prokurora borclu olduğunu bildirən Çakar sözlərinə belə davam edib: "Əgər indi sağamsa, prokuror qardaşa borcluyam. Dərin koronar stenozu var idi, o, gizli şəkildə irəliləyirdi. Bəlkə də maşında ölərdim. O, cəld tərpənərək məni xəstəxanaya yolladı..."

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 12.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA