Prezident baş icraçı direktoru qəbul edib
GÜNDƏM
08.12.2025, 12:05
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə "Global Infrastructure Partners" şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə "Italo" sürətli dəmir yolu operatoru və London Qatvik hava limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu dedi. Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlətimizin başçısı bu xüsusda "Global Infrastructure Partners" ilə tərəfdaşlığın əhəmiyyətini vurğuladı.
Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirdi.
Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib.
Görüşdə şirkətin müxtəlif infrastruktur istiqamətlərində həyata keçirdiyi layihələr, qlobal enerji keçidi fonunda formalaşan yeni tendensiyalarla bağlı fikir mübadiləsi aparıldı, süni intellekt texnologiyalarının tətbiqi üzrə beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Qeyd edək ki, 2006-cı ildə yaradılan və 2024-cü ildə dünyanın ən böyük fəal idarəetmə şirkəti olan "BlackRock" tərəfindən satın alınan "Global Infrastructure Partners" hazırda təxminən 189 milyard ABŞ dolları məbləğində aktivləri idarə edir. "BlackRock" isə hazırda təxminən 14 trilyon ABŞ dollarına yaxın həcmdə aktivləri idarə etməklə, qlobal investisiya bazarında aparıcı mövqeyini qoruyur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
23.10.2026, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
23.10.2026, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
23.10.2026, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
23.10.2026, 18:00 GÜNDƏM