Ramiz Mehdiyevlə bağlı videosu yayılan PA-nın sabiq şöbə müdiri: "Necə olur ki, mənim saçıma düşən dən orda görünmür?" - MÜSAHİBƏ
SİYASƏT
06.12.2025, 18:10
Prezident Administrasiyasının sabiq şöbə müdiiri, hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Yeni Müsavat”a maraqlı müsahibə verb.
Mia.az həmin müsahibənin hazırda hakimiyyəti zorla ələ keçirmə və Dövlətə xəyanət ittihamları ilə mühakimə olunan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı hissəsini oxucalara təqdim edir:
- Azər bəy, bu günlərdə Ramiz Mehdiyev və ətrafında baş verənlərlə bağlı istintaq gedir, sözügedən məsələ ölkənin əsas müzakirə mövzularından biridir. Yəqin sizin də bu məsələlərə münasibətiniz var. Yeri gəlmişkən, siz müsahibə verərkən arxa fonda Ramiz Mehdiyevin müəllifi olduğu kitabın rəfdə görünməsi də birmənalı qarşılanmayıb. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Ramiz Mehdiyevlə münasibətiniz necə olub və əlaqələriniz hansı səviyyədə idi?
- Gəlin bir məsələni düzgün qeyd edək. Əgər söhbət videomaterialdan gedirsə, o, bir ilin videolenti deyil. O 2018-ci ildə hazırlanmış videodur. Səhv etmirəmsə, onun 80 illik yubileyi ərəfəsi idi. Mən Prezident Administrasiyasında şöbə müdiri işləmişəm. Cənab Prezidentin köməkçisi olmuşam, Ramiz Mehdiyevin köməkçisi olmamışam. Mən Prezidentin Administrasiyasının məsul əməkdaşı olmuşam, Ramiz Mehdiyevin Administrasiyasının əməkdaşı olmamışam. Həmin videoda da qeyd edilən fikir bundan ibarət olub ki, Azərbaycanda dövlətçiliyin qorunması ənənəsinin yaranması Ulu Öndərlə bağlıdır. Həmin videoda qeyd olunub ki, yeni mərhələdə dövlətimizin güclənməsi, dövlətimizin gücünün artırılması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Həmin videoda qeyd olunub ki, biz hər addımda Ulu Öndərin irsinə istinad edirik və dünən olduğu kimi, bu gün də Azərbaycan dövləti güclüdür. Azərbaycan dövlətinin gücünü nəzərə almayan, dövlətə qarşı çıxan istənilən avantürist ideyalar, təbii ki, məğlubiyyətə məhkumdur. Bir şeyi də xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda həmişə komandada vahidlik olub, dövlət qulluğu prinsipləri olub və bu prinsiplər hər daim nəzərə alınıb. Biz cənab Prezidentin komandasıyıq və bu gün dövlətə qarşı kim çıxırsa - dövlətimizin ədalətinə biz inanırıq - bizim xüsusi dövlət qurumlarının, təhlükəsizlik qurumlarının peşəkarlığına, dövlət təəssübkeşliyinə inanırıq. Hesab edirik ki, bu gün taleyüklü bir mərhələdə Azərbaycanın ən həssas bir mərhələsində dövlətə qarşı çıxmaq ən böyük xəyanətdir. Təbii ki, ötən on illərdə olduğu kimi, dövlətimizin əsaslarının kövrək olduğu bir vaxtda dövləti qorumaq ənənəsini biz yaratmışıqsa, Ulu Öndərin müdriklik, rəhbərliyi ilə bu gün də, sabah da dövlətimiz dövlətçiliyi də, dövləti də qorumaq ənənəsini davam etdirəcək. Bunu hər kəs nəzərə almalı, dərk etməlidir, tək bu gün üçün yox, həm də sabah üçün.
- Azər bəy, Siz o zaman Ramiz Mehdiyevin indi ortaya çıxan əməllərini müşahidə edirdinizmi? Təmaslarınızda Administrasiya rəhbəri haqqında hansı qənaətə gəlirdiniz?
- Biz Administrasiyanın işçiləri olmuşuq. O zaman Ramiz Mehdiyev Administrasiyanın işini təşkil edirdi. Həmin dövrdə biz, təbii ki, onu dövlət qurumunun rəhbəri, yəni Administrasiya rəhbəri kimi müşahidə etmişik. O dövrdə hər hansı müşahidənin olduğu fikrini deyə bilmərəm. Çünki elə bir şey olsaydı, nəinki mən, orada dövlətini, Vətənini sevən digər həmkarlarımız, şöbə müdirləri, Prezidentin köməkçiləri olub. O bir mərhələ idi. Mənim həyatımın ən şərəfli, ən qürurverici mərhələsi, dövrü olub ki, mən Prezidentin Administrasiyasının əməkdaşı olmuşam, orda müəyyən töhfə verməyə çalışmışam, Prezidentimizin tapşırıqlarının icrasında yaxından iştirak etmişəm. Mən işimi hər zaman vicdanla yerinə yetirmişəm, əməlimdə hər zaman dövlət, dövlətçilik niyyəti olub. Kimsə əgər bizim siyasi mövqeyimiz, əqidəmizə şübhə edirsə, özünü əziyyətə salmasın. Biz bu illər ərzində əməlimizlə Prezidentimizə xidmətimizi göstərmişik. Kimlərsə bu cür ucuz spekulyasiyalara yer verməsin. Məni bilən də, tanıyan da yaxşı tanıyır, bilir. Ona görə də bu cür çamuratma əməliyyatlarına gərək yoxdur. Digər tərəfdən, bunu tirajlayanlar hər halda vicdanla yanaşsınlar. Necə olur ki, mənim saçıma düşən dən orda görünmür? Ən azı 10 ilin fərqi var, onu niyə son bir ilin videosu kimi təqdim edirlər. Məqsəd nədir? 10 il bundan əvvəlki videonu son bir ilin videosu kimi təqdim etməyin adı nədir?
Digər tərəfdən, Administrasiyada dövlət qulluqçusu, şöbə müdiri kimi nələr olub, kimin mənə hansı haqsızlığı olub, hansı ədalətsizliyi olub, onu bilən də bilir, görən də görüb. Ona görə mən başqa bir şərh vermək istəmirəm. Belə yazı-pozuları, ittihamları da qəbul etmirəm. Sadəcə olaraq belə məsələlərə görə acı təəssüf hissi keçirirəm. Əsasən də ən çox pərişanlıq onadır ki, vaxtilə bu şeyləri görmək, müşahidə etmək olduqca çox dərin acı təəssüf hissi doğurur. Bizdən sonra gələcək xüsusən gənc dövlət qulluqçuları üçün daha yaxşı nümunələr olmalıdır. Onlar gələcəkdə bu cür pərişanlığı yaşamamalıdırlar.
- Həmin kitab haqqında da məlumat versəniz, yaxşı olar. Maraqlıdır, Ramiz Mehdiyevin həmin kitabını oxmusunuzmu, yoxsa sadəcə kitab rəfində qoymuşdunuz? İmzası ilə özəl olaraq təqdim olunmuşdu?
- Həmin dövrdə çoxlu sayda kitablar buraxılırdı və həmin kitablar bütün dövlət orqanlarına, məmurlara paylanırdı. Yəni nəinki Administrasiyanın işçilərinə, bütün dövlət orqanlarına, kitabxanalara. Bu da həmin kitablardan biri olub. Administrasiyanın əməkdaşları olaraq bizim Prezidentin Administrasiyasının nəinki rəhbəri, bütün əməkdaşlarına sayğımız sonsuz olub. O baxımdan ki, məhz Prezidentin Administrasiyasından söhbət gedir. O Administrasiya Ramiz Mehdiyevin Administrasiyası olmayıb, Prezidentin, dövlət başçısının Administrasiyası olub. Biz də dövlət qulluğu etikasını əsas götürmüşük, dövlət qulluğu prinsipindən çıxış etmişik. Oxumağa qalsa, xeyir, nə oxumamışam, nə ona mənim vaxtım olmayıb. Cənab Prezidentin kifayət qədər tapşırıqları olub.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
Bugün, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
Bugün, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
Bugün, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
Bugün, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
Bugün, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Bugün, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
Bugün, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Bugün, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
Bugün, 13:25 DÜNYA
-
Nigar Biləndərli vəzifədən gedib
Bugün, 13:16 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyasında yeni hakimlər təltif olunub
Bugün, 13:10 CƏMİYYƏT
-
İran ordusu: "Bu günə qədər heç bir düşmən gəmisi Oman körfəzinə girməyə cəsarət etməyib"
Bugün, 13:00 DÜNYA
-
ONLARA "TƏRƏQQİ" MEDALI VERİLDİ - Sərəncam
Bugün, 12:46 GÜNDƏM
-
Prezident İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib - FOTOLAR
Bugün, 12:43 GÜNDƏM
-
sabahın hava proqnozu açıqlandı
Bugün, 12:43 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Bugün, 12:37 GÜNDƏM
-
“Peton Holding”in sahibini şantaj edənlərin məhkəməsi davam edir
Bugün, 12:18 KRİMİNAL
-
Rəşad Məcid şura sədrliyindən getdi, yerinə dekan gəldi - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 12:09 PRESS
-
Zahid Oruc Milli Məclisdə: ”Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz”
Bugün, 11:51 SİYASƏT
-
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir - Yeni layihə qəbul edildi
Bugün, 11:38 İQTİSADİYYAT
-
Dövlət qulluğuna işəqəbul, qulluq stajı, ixtisas dərəcələri, sınaq müddəti... - "Dövlət qulluğu haqqında" Qanun dəyişir
Bugün, 11:31 GÜNDƏM
-
Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qaydalar dəyişir - NƏLƏR OLACAQ?
Bugün, 11:14 İQTİSADİYYAT
-
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb
Bugün, 11:09 GÜNDƏM
-
Tramp Zelenskiyə sərt mesaj verdi: "Bu, rüsvayçılıqdır! Vurulacaq çoxlu başqa yer var" - "Səndənsə, Putinlə işləmək daha asan və yaxşıdır"
Bugün, 10:59 GÜNDƏM
-
Milli Məclisin deputatı 9 dəfə yol hərəkəti qaydasını pozub - İş məhkəməyə qədər uzanıb
Bugün, 10:50 CƏMİYYƏT
-
3 mindən 30 mindək toya gedən müğənnilər nə qədər vergi ödəyir? - Açıqlama
Bugün, 10:31 MƏDƏNİYYƏT
-
Jurnalistlər Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Bugün, 10:27 PRESS
-
Təhsil eksperti Kamran Əsədovun məhkəməsi yenə təxirə salındı
Bugün, 10:16 CƏMİYYƏT
-
Azərbaycan nefti 5 dollar endi - Qara qızıl neçəyə satılır?
Bugün, 10:00 İQTİSADİYYAT
-
DAHA BİR DÖVLƏT QURUMUNDA STRUKUR İSLAHATI APARILACAQ
Bugün, 09:55 İQTİSADİYYAT
-
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs olunub
Bugün, 09:31 CƏMİYYƏT
-
Baş məşqçi istefaya göndərildi
Bugün, 09:00 İDMAN
-
Vlahoviç yoxdursa, Oh var! - "Beşiktaş" Avropada xarüqə yaradır
Bugün, 00:52 İDMAN
-
Türkiyə Prezidentnin keçmiş müşavirinin qızı saxlanıldı - Narkotiklə...
Bugün, 00:32 SİYASƏT