Əli Kərimli tibbi müayinədən keçirilib - AXCP sədri təkadamlıq kamerada saxlanılır

img

02-12-2025 [10:14]


Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimli DTX-nın İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.

Gununsesi.info–nun əldə etdiyi məlumata görə, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.

Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.

Bu arada AXCP sədrinin vəkili Aqil Layic saytımıza açıqlamasında müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:35 02.12.2025

Bölgələrə qar yağır

12:21 02.12.2025

Sabah yağış yağacaq

12:06 02.12.2025

AZAL yenilik edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA