Kadıköydə "Fənərbağça" - "Qalatasaray" derbisi: oyunda 2 qol var (Yenilənir)

img

01-12-2025 [23:07]


Türkiyə sper liqasında "Fənərbağça" ilə "Qalatasaray" komandalar bu gün üz-üzə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saat 21.00-da Kadıköydə qarşılaşan komandalar aşağıdakı heyətlə meydana çıxıblar: 
 
"Fənərbağça": Ederson; Semedo, Skriniar, Oosterwolde, Levent; İsmayıl, Alvarez; Nene, Asensio, Kerem və Duran.

"Qalatasaray": Uğurcan; Sanchez, Lemina, Abdülkerim, Kazımcan; Torreira, Sara; Sane, İlkay, Barış Alper və Osimhen.

Gərgin davam edən oyunun 27-ci dəqiqəsndə "Qalatasaray"lı Lory  Sane hesabı açıb - 0:1.

İlk hissəyə 5 dəqiqə əlavə olunsa da, hesab dəyişməyib.

90+5-də isə "Fənərbağça" hesaba tarazılıq gətirib.

Bərabərlik qolunu Con Duran vurub - 1:1.

Fərid ASLAN
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:10 01.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA