İspaniyada "donuz taunu" epidemiyası - Hərbçilər mübarizəyə cəlb edildi

img

01-12-2025 [20:26]


Avropa Birliyi (AB) Komissiyasının xəbərdarlığından sonra İspaniyanın Kataloniya bölgəsində "Afrika donuz taunu" (ASF) epidemiyasına qarşı mübarizə gücləndirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, epidemiyanı nəzarətdə saxlamaq və yayılmaması üçün  İspaniya Hərbi Təcili Yardım Bölməsinin (UME) hərbçiləri də prosesə cəlb olunublar.

UME-nin müvafiq qurumlarla birlikdə Kataloniyaya 117 əsgər və 25 hərbi nəqliyyat vasitəsi göndərdiyi açıqlanıb: "Əsgərlər donuz fermalarındakı heyvanların br-bir, fərdi şəkildə yoxlanılmasında baytarlara fiziki dəsətk verirlər".

Avropa İttifaqı Komissiyasının sözçüsü Eva Hrncirova bildirib ki, Kataloniyadakı epidemiya ilə bağlı məlumat aldıqdan dərhal sonra bölgəəy nümayəndə heyəti göndəriblər: "Biz xəstəliyin yayılması riskinə qarşı proflaktik tədbirlərin görülməsi üçün İspaniya hökuməti qarşısında tələb qoymuşuq. Eyni zamanda, bunun üçün gərəkli dəsətk verməyə hazır olduğumzu diqqətə çatdırmışıq".

Xatırladaq ki, indiyə qədər Tayvan, Meksika və Çin Kataloniyadan donuz əti idxalını dayandırdıqlarını açıqlayıblar. Bu isə ölk iqtiadiyyatında mühim yer tutuan donuzçuluğun inkişafını riskə atıb.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:10 01.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA