Hikmət Hacıyev: "Biz sülhü möhkəmləndirməliyik"

img

01-12-2025 [12:27]


"Zəngəzur dəhlizi Avrasiyanın kökündən dəyişməsinə təsir göstərəcək".

Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə "EU Today" və jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Cənubi Qafqaz regionunda sülh qonşular arasında rifah və inkişafa gətirməlidi: "Azərbaycan üçün müharibə və münaqişə başa çatıb. Biz sülhü möhkəmləndirməliyik.  Azərbaycan və Ermənistan arasında sülh regiona rifah və inkişaf gətirməli, həmçinin qonşular arasında qarşılıqlı əlaqələri möhkəmləndirməlidir".

Hikmət Hacıyev daha sonra qeyd edib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır: "Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa maliyyə institutlarına qaz infrastrukturu məsələlərində daha çox çeviklik göstərmək çağırışlarını da dəstəkləyir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:10 01.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA