Azərbaycanlı bloqer canlı yayım zamanı döyüldü

img

29-11-2025 [00:20]


Azərbaycan əsilli tanınmış bloqer Sübhan Məmmədov (“Subo”) Dubayda canlı yayım zamanı fiziki hücuma məruz qalıb.

Mia.az qafqaznfo-ya istinadla xəbər verir ki, insident “Subo”nun MMA döyüşçüsü Şovhal Çurçayev barədə səsləndirdiyi sözlərdən sonra baş verib.

Belə ki, bloqer canlı yayımda döyüşçünün guya UFC rəhbəri qarşısında diz çökərək yarışlara dəvət istədiyini iddia edib. Bu ifadələri özünə ağır təhqir hesab edən Çurçayev əsəbiləşərək bloqerə zərbələr endirib.

Xatırladaq ki, bu ilin əvvəlində “Subo”nun Rusiya vətəndaşlığı ləğv olunub və onun ölkəyə girişinə qadağa qoyulub.

Onu bildirək ki, şiddət ehtiva etdiyi üçün görüntüləri yayımlamağı məqbul hesab etmirik.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 28.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA