"Ay Fərəc, niyə belə oynayırsan, qaqa?" - "Turan-Tovuz" azarkeşləri futbolçulara giley-güzar elədi (VİDEOLAR)

img

28-11-2025 [21:28]


"Turan -Tovuz" - "Neftçi " oyununun sonunda ev sahibindən qələbə gözləyən, amma hesabı açılmayan oyundan narazı qalan azarkeşlər futbolçulara yaxınlaşıb, bəziləri isə uzaqdan səslənərək umu-küsü edib. 

Mia.az-ın stadionda oyunu izləyən əməkdaşı bildirir ki, real qol məqamlarını əldən buraxsa da, baxımlı oyun göstərən komandanın haqqını itirməyən azarkeşlər onları sadəcə, "danlayıb". 

Yaşanan maraqlı məqamlar Mia.az- ın əməkdaşının kamerasına düşüb.

Xüsusən Tovuz klubunun 11 nömrəli oyunçusu İmad Faraja səslənən azarkeşin "Ay Fərəc, niyə belə oynayırsan, qaqa", deməsi xüsusilə maraq doğurub. 

Yeri gəlmişkən, İ.Faraj əslən fransızdı. O, oyundan sonra kiçik yaşlı azarkeşlərlə səmimi davranışları ilə diqqəti cəlb edib.

Zülfiyyə Mustafayeva 
Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 28.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA