"Neftçi"nin baş məşqçi əvəzi: "Bu postda nə qədər işləyəcəyimi bilmirəm" - VİDEOLAR

img

28-11-2025 [20:58]


Bu gün Tovuzda "Turan-Tovuz" komandası ilə "Neftçi" arasındakı qolsuz bərabərlikdən sonra Bakı klubunun baş məşqçi vəzifəsini icra edən  Sənan Qurbanov mətbuat konfransı keçirib.

Mia.az xəbər verir ki, o, klubun koordinatoru olduğunu və illər ərzində klubda çalışdığını, indi də klubun marağının onun üçün hər şeydən üstün olduğunu deyib.

S.Qurbanov təzəlikcə baş məşqçi postundan gedən Samir Abasovun topladığı komandanın potensialının yüksək olduğunu, onları çalışdırmağın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Əlavə edib ki, Abasovla dostdur və onun yaratdığı heyətlə çalışmaq onun üçün xüsusilə maraqlı və zövqlüdür.

Mia.az-ın əməkdaşı S.Qurbanovdan soruşdu ki, "bu oyunun əhəmiyyətini necə qiymətləndirir? Əgər qələbə olsaydı, bu, müvəqqəti baş məşqçinin vizit kartı kimi qəbul edilə bilərdimi?"

S.Qurbanov cavab olaraq deyib ki, "Neftçi" üçün hər zaman xüsusi hisslərlə çalışır və klubun qazandığı qələbələr "Neftçi" əməkdaşı kimi onu daha çox sevindirir.

S.Qurbanov onu da əlavə edib ki, hazırkı vəzifəsində nə qədər işləyəcəyini bilmir, buna rəhbərlik qərar verəcək.

Lakin məşqçi olduğu müddətdə böyük dəyişikliklər etməyi düşünmür.

Mia.az-ın əməkdaşının "Kapitanlıq sarğısını Emin Mahmudovdan alıb qapıçı Piliçin qoluna bağlamasını gələcəkdəki islahatların siqnalı kimi başa düşülə bilərmi?", - sualına cavabda  S.Qurbanov bildirib ki, bu məsələ texniki mahiyyət daşıyır. Onun sözlərinə görə, Emin əsas heyətdə olmadığı üçün kapitanlıq qapıçı Piliçə həvalə edilib.

Zülfiyyə Mustafayeva 
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 28.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA