Nadir köpəkbalığı növü sahilə "vurdu", camaat doğrayıb ətini daşıdı - Üç dəqiqə içində (FOTTO)

img

27-11-2025 [17:38]


Cənubi Amerika ölkəsi Perunun Talara şəhərində dünyanın ən nadir köpəkbalığı növlərindən olan "Tiburon Megaboca" bəlli olmayan səbəbdən sahilə "çıxıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu görən Negritos sahilindəki insanlar nəhəng köpəkbalığını cəmi 3 dəqiqə içində parçalayaraq ətini evlərinə daşıyıblar.

Hadisəni lentə alan fotoqraf Moises Prieto Alvarez gördüyü hadisəni dəhçşətli olduğunu deyib: "İnsanlar o qədər acgözlüklə bu nadir növ balığı amansızlıqla parçaladı ki...

Bunu görmək, sadəcə, dəhçət idi. İnsanlar çox cahil olmaqla yanaşı, bu nadir növün qoruma altında olduğunun fərqində belə deyillədi. Onları o an yalnız yemək  üçün ət düşündürürdü..."

Məlumata görə, 1976-cı ildə kəşf ediləndən bəri dünyada 300-dən az qeydə alınmış bu balıq növü ciddi qoruma altındadır.

Zülfiyyə
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA