Prezidentin ali rütbə verdiyi şəxslər kimlərdir? - Maraqlı detallar + FOTO
26-11-2025 [18:03]
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ədliyyə nazirinin müavinlərinə - Abiddin Hüseynov və Toğrul Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Mia.az Oxu.Az-a istinadən sözügedən şəxslərin dosyesini təqdim edir:
Prezidentin ali rütbə verdiyi şəxslər kimlərdir?
Abiddin Qabil oğlu Hüseynov 1977-ci ildə Neftçala rayonu Kürqarabucaq kəndində anadan olub. O, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 1999-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda magistratura, 2003-cü ildə Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsini bitirib.
2000-2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələlər şöbəsində aparıcı mütəxəssis, 2003-2004-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələlər şöbəsində məsləhətçi, 2004-2008-ci illərdə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin köməkçisi, 2008-2010-cu illərdə Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini, 2010-2013-cü illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, 2013-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2020-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2023-cü ildə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. O, həmçinin 2020-ci ildən ADA Universitetində Hüquq təcrübəsi üzrə müəllim kimi çalışır.
A.Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 4 iyun 2024-cü il Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilib. "Tərəqqi" medalı, "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" yubiley medalı və Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif olunub.
Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə Bakıda anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Həmçinin Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsilinə yiyələnib.
O, 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də, 2017-2024-cü illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb.
Bundan başqa, Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib. O, ölkə başçısının 9 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilib.
MİA.AZ
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO