Kamran Əliyev Rumıniyada ədliyyə naziri ilə görüşüb - FOTOLAR
24-11-2025 [20:35]
Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 24 noyabrda Rumıniyanın ədliyyə naziri Radu Marinesku ilə görüşüb.
Azərbaycanın Rumıniyadakı Səfirliyindən Mia.az-a bildirilib ki, görüşdə dövlətlərimiz arasında mövcud olan starteji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyəsi, hüquqi əməkdaşlığın inkişafı və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Azərbaycan ilə Rumıniya arasında münasibətlərin ənənəvi olaraq dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykəndiyini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ildə Buxarestə baş tutan rəsmi səfərini xatırlayıb. O, bu münasibətlərin formalaşmasında dövlət başçısı İlham Əliyevin mühüm rolunu vurğulayıb. Hüquqi sahədə əməkdaşlıq məsələlərinə toxunan Baş prokuror, ölkələrimiz arasında gənc kadrlar üçün qarşılıqlı təcrübə mübadiləsi proqramlarında iştirakın təmin olunması, korrupsiya, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və kibercinayətkarlıq daxil olmaqla transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq barədə danışıb.
Rumıniyanın ədliyyə naziri Radu Marinesku Rumıniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini, eləcə də enerji və nəqliyyat layihələri sahəsində ortaq maraqları qeyd edib. Ədliyyə naziri Azərbaycanın Avropa İttifaqı ilə konstruktiv dialoqun və Cənubi Qafqazda sabit mühitin qorunmasının Rumıniya tərəfindən dəstəkləndiyini vurğulayıb. O, bunun, regionda investisiyalar və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tərəflər müntəzəm dialoqu davam etdirmək və qarşlıqlı maraq doğuran sahələrdə konkret layihələri inkişaf etdirmək barədə razılığa gəliblər.
MİA.AZ
Trampla Si Cinpin telefon danışığı aparıblar - Rəsmi Pekin müzakirənin detallarını açıqladı
Kamran Əliyev Rumıniyada ədliyyə naziri ilə görüşüb - FOTOLAR
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Ceyhun Bayramov Vatikana gedib
Prezident fərman imzaladı - Türkiyə ilə bağlı
Aİ-dən Trampın Ukrayna planı haqda - Açıqlama
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin üzvü seçilib
Bakıda çoxmərtəbəli binada yanğın olub
"Fitch" SOCAR-la bağlı rəyini açıqlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sumqayıtda 28 kq narkotiki satmaq istəyənlər tutulub
Ərdoğanla Putin telefonda müzakirə aparıb - Açıqlama
Osimhendən xəbər var - "Fənərbağça" derbisində oynayacaq?
"MedAura" klinikası ilə bağlı protokol tərtib olunub
“Asan İmza” indi “Azercell” tətbiqində!
“İstefa verməmişəm, hazırda “Neftçi”nin baş məşqçisiyəm”
Sənətçilər niyə narazıdır? - Deputatdan açıqlama
TFF prezidentindən mərc oyunları ilə bağlı açıqlama: "Bəzi klublar problemlə üzləşəcək"
Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir
"Azərqaz"dan partlayış olan bina ilə bağlı - Açıqlama
Türkiyə prezidenti: "Bir daha oxşar təhdid və təhlükə ilə üzləşmək istəmirik, amma..."
Ərdoğan: "Qəzza gündəliyimizin başındadır"
"Mən istefa verməmişəm" - Azər Həşimov
48 yaşlı Balaxanım Atakişiyeva bəraət aldı
Britaniya hökumətindən narazılıq yaradan qərar - Londonda "turist vergisi" tətbiq olunacaq
Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi yaradılıb
Bakıda obyektdə partlayış: 7 nəfər xəsarət alıb - Səbəb bəlli odu (VİDEO, FOTOLAR) - Yenilənib
Sabah hava necə olacaq? - Proqnoz
"Böyük məmnuniyyətlə deyə bilərik ki, Türk dünyasını bir araya gətirən..." - Hikmət Hacıyev
PARTİYA SƏDRİ 10 GÜN İÇİNDƏ NECƏ DƏYİŞDİ? - Sabiq deputat iki fərqli çıxışı yan-yana qoydu və...
Gürcüstanda yol uçdu - 4 xarici vətəndaş öldü
"Araz" supermarketlər şəbəkəsi "Zəfər xatirələri" sənədli filmini təqdim edib - FOTOLAR
Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin üzvləri toplandı - Bu dəfə Şuşada (FOTO, YENİLƏNİB)
Növbəti 15 gün ərzində bürcləri nə gözləyir?