Bakıda obyektdə partlayış: 7 nəfər xəsarət alıb - Səbəb bəlli odu (VİDEO, FOTOLAR) - Yenilənib

img

24-11-2025 [12:26]


“Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz yoxdur”.

Bunu “Qafqazinfo”ya açıqlamasında “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev deyib.

Plaza sahibi iddia edir ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.***

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-də verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Bakının Nərimanov rayonunda partlayış baş verən ofisdə xilasetmə itləri ilə birgə axtarış işləri aparılır.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dağıntılar altında qalanların olma ehtimalı var. 

Əraziyə axtarış briqadası və xüsusi təlim görmüş itlər cəlb edilib.

TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

***

REAL TV-nin məlumatına görə, partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.

***

DİN-in Mətbuat xidmətindən qeyd edilib ki, paytaxtın Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub.

Partlayış obyektdə qeydə alınıb. Partlayış nəticəsində 7 nəfər xəsarət alıb(APA).

***

Bakıda obyektdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:51 22.11.2025

Əhməd Oruc vəfat edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA