"Vəhdət"ın sədri sabiq sədrlə müşavirinin davasından gen gəzir - Bakuvi sualı cavabsız buraxdı

img

21-11-2025 [16:05]


Xəbər verdiyimiz kimi, bu gün Vəhdət Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının qərarı ilə partiya sədrinin müşaviri, politoloq Cümşüd Nuriyev vəzifə və üzvlükdən xaric edilib.

Mia.az xəbər verir ki, buna səbəb onun Partiyanın sabiq sədri Tahir Kərimli haqda sosial mediada ittiham xarakterli paylaşım etməsi olub.

Məlumata görə, məhz bu paylaşımdan sonra partiya onu üzvlükdən  xaric edib.

Baş verənlərlə bağlı Mia.az-ın əməkdaşı partiya sədri  Adəm İsmayıl Bakuvi "Cümsüd bəylə bağlı partiyada gərginlik yaranıb. Sizin bu məsələyə münasibətiniz necədir?" sualı ilə müraciət etsə də, sual cavabsız buraxılıb.

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA