PKK İraqın bu bölgəsindən geri çəkilib - Türkiyəyə görə

img

17-11-2025 [11:37]


40 ildən çox Türkiyənin başına bəla olan PKK terror təşkilatı rəsmi Ankara ilə aparılan danışıqlar çərçivəsində daha bir gözlənilməz addım atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PKK silahlı dəstələri İraqın Zap bölgəsindən də geri çəkilməyə başlayıb.

Bu barədə açıqlama yayan PKK-dan bildirilib ki, oradakı silahlı dəstələr digər bölgələrə doğru geri çəkilib: "Bu, Türkiyə ilə aparılan dinc demokratikləşmə prosesi ilə bağlı həyata keçirdiyimiz növbəti xoşniyyətli qərardan qaynaqlanıb. İnanırıq ki, bu addım prosesə müsbət töhfəsini verəcək".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA