Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı tərk etdi: mühafizə və sürücüylə... - "Londonda yaşayacaq"

img

13-11-2025 [10:06]


Sensasiyalı ittihamlarla DTX tərəfindən saxlanılan Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərova Azərbaycanı tərk edib.

Mia.az Teleqraf.az-a istinadla xəbər verir ki, o, bir neçə gün əvvəl uşaqları ilə birlikdə Londona uçub.

Onların bundan sonra London şəhərində yaşayacağı bildirilir.

G.Cəfərovanın mühafizəçi və sürücüsünü də özü ilə apardığı məlumatda qeyd edilir.

Qeyd edək ki, Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində şübhəli bilinir və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA