İstanbulda turistlərə fırıldaq, yoxsa kəskin bahalaşma? - İngilis turist üsyan edir

img

12-11-2025 [12:23]


Britaniyalı turist İstanbuldakı bahalığa üsyan edib.

Mia.az Türkiyənin Haberler.com saytına istinadla xəbər verir ki, İstanbula gələn ingilis turist çörəkarası servis edilən kartof qızartmasının fantastik qiymətinə dünyanın heç bir ölkəsində rast gəlmədiyini deyib.

Adı açıqlanmayan turist sosial media hesabında video paylaşaraq bildirib ki, ondan çörək arasında 3-5 dilim kartov qızartması üçün 400 TL,  təxminən 8.90 funt sterlinqə (16 AZN) alıblar: 

"İngiltərədə bir çox insan kartofun qiymətindən şikayətlənir. Mən İstanbulda boğazdayam. Bu kartof qızartması mənə 400 TL-yə başa gəldi. Sizcə, bu,  8.90 funt sterlinqə dəyərmi?".

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 12.11.2025

XİN açıqlama yayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA