Qəzada şəhid olan pilotla bağlı ürəkdağlayan məqam... - 4 ay sonra ata olacaqdı (FOTO)

img

12-11-2025 [10:36]


Dünən Azərbaycandan Türkiyəyə uçan və Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 20 əsgərdən biri - Bursa sakini, pilot mayor Serdar Uslu ilə bağlı ürəkdağlayan xəbər var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhid Uslu 4 ay sonra ata olacaqmış: "Onun həyat yoldaşı 5 aylıq övladlarına hamilədir..."

Məlumatda o da deyilir ki, mayor Serdar Uslunun şəhid olması xəbəri Bursa şəhərinin Yenigün məhəlləsindəki ata evinə İnegöl kaymakamı Eren Arslan, Qarnizon Komandiri İbrahim Feyzi Büğdüz və Yenişehir Bələdiyyə sədri Ercan Özel çatdırıblar: "Bundan qısa zaman sonra məhəllə insanlarla dolub..."

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 12.11.2025

XİN açıqlama yayıb

22:34 10.11.2025

Ət ucuzlaşıb? - VİDEO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA