"Eurohome"un arxasında da kim dayanıb? - Sahibkardan ilginc iddia
06-11-2025 [14:25]
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra onun biznes imperiyası ilə bağlı mediada müxtəlif məlumatlar dərc olunur.
Mia.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu məlumatlardan Ramiz Mehdiyevin uzun illər səlahiyyətlərindən istifadə edərək iqtisadi imperiya qurduğu aydın olur. Bu imperiyaya maliyyə təsisatlarından tutmuş tikinti şirkətlərinə qədər müxtəlif biznes strukturlar daxildir.
Son günlərdə məşhur tikinti materialları bazarı "Eurohome"un Ramiz Mehdiyevin himayəsində olduğu iddia olunub. Bu iddianı vaxtilə həmin bazarda icarə müqaviləsi əsasında mağaza işlədən sahibkar Rafiq Ocaqverdiyev irəli sürüb.
Rafiq Ocaqverdiyev bir müddət əvvəl "Eurohome"un sahibi Azay Möhnətovu ona çatacaq kompensasiyanı ödəməkdən yayınmaqda ittiham edib. Sahibkarın sözlərinə görə, 2019-cu ildə "Eurohome"da baş verən yanğın zamanı ona 200 000 manat ziyan dəyib. Həmin vaxt Azay Möhnətov ziyan çəkən icarədarlara kompensasiya ödəyəcəyini vəd etsə də, Rafiq Ocaqverdiyevə hələ də ödəniş edilməyib.
O, məsələ ilə bağlı Prezident Administrasiyasına və ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. Artıq Baş Prokurorluq onun müraciətini nəzarətə götürüb.
Rafiq Ocaqverdiyev əməkdaşımızla söhbətində bildirib ki, müraciətini göndərdikdən bir neçə gün sonra Baş Prokurorluqdan ona zəng edilib və müraciətin araşdırılacağı bildirilib: "Mən inanıram ki, araşdırma müsbət yekunlaşacaq. Başqa cür olması da mümkün deyil. Mənə ziyan dəyib. Dövlət səviyyəsində Azay Möhnətovdan zərər çəkən icarədarlara kompensasiya ödənilməsi tələb edilib. Azay Möhnətov isə hay-küy düşməsin deyə, bizi müxtəlif vədlərlə aldadıb".
Sahibkarın sözlərinə görə, Azay Möhnətovun açıq-aşkar qanun pozuntusuna yol verməsi təsadüfi deyil: "Eurohome" Ticarət Mərkəzi Ramiz Mehdiyevin nəzarətindədir. Onun kürəkəni İlham Əliyev uzun illər Ramiz Mehdiyevin dəstəyi ilə bazara himayədarlıq edib. Hətta mən bilən, Ramiz Mehdiyevin kürəkəni ilə Azay Möhnətovun Rusiyada şərikli biznesi də var. Yəni, Azay Möhnətov bu adamlara güvənərək bizi acınacaqlı duruma salıb. Amma artıq Mehdiyevlərin dövranı deyil. O, cinayət məsuliyyətinə cəlb edilib. İnanıram ki, bundan sonra Azay Möhnətovla da bağlı araşdırmalar başlanacaq və bizim də hüquqlarımız bərpa olunacaq".
Rafiq Ocaqverdiyevin iddiaları ilə bağlı Azay Möhnətovun mövqeyini öyrənmək mümkün olmayıb.
Mediada yayılan məlumatlara görə, "Eurohome"un əsl sahibi Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyevdir. Bildirilir ki, o, Ramiz Mehdiyevin əmisi oğludur.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Prezidentin köməkçisi: "44" bədii filminin çəkilişləri uğurla başa çatıb" - FOTOLAR
Nazir Teymur Musayevə ağır itki üz verib
Dövlət Agentliyinə əlavə xidmət sahələri verildi - Fərman
DAHA BİR QURUM YARADILDI - Fərman
“Tarqovı”da 19 yaşlı oğlan öldürülüb - Əmisi saxlanılıb
Azcersell-dən əsgərlər üçün xüsusi təklif - “Əsgərcell”
Tural Güləhmədov müşavir təyin edilib
Məşhur müğənni və aktrisalara qarşı narkotik ittihamı - 7 nəfərlə bağlı araşdırma dayandı
İsrail Livanın cənubunu bombalayıb
Rabitə naziri nömrələrlə bağlı yeni qərar imzaladı - CƏDVƏL
"Eurohome"un arxasında da kim dayanıb? - Sahibkardan ilginc iddia
Nəsimi rayonunda Zəfər günü ərəfəsində sərgi təşkil olunub - FOTOLAR
“Nar”dan ikinci avtomobil uduldu - həyəcan artır!
HƏMAS daha bir israilli girovun cəsədini Qırmızı Xaça təhvil verib
"Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq"
"Tərtər işi": general-mayorun şikayəti təmin edilmədi
NAZİR ÖZÜNƏ DAHA BİR MÜŞAVİR GÖTÜRDÜ - Əsasnamələrdə mövcud olmayan yeni post sahiblərinin maaşı 3700 manatdan başlayır
Zahid Oruc Qətər rəsmiləri ilə görüşüb - FOTO
HAZIRLIQ KURSU RƏHBƏRİNDƏN ŞOK ƏMƏL: 11 abutiriyentin üzərinə xüsusi cihaz quraşdırıblar...
KTN-nin vəzifəli şəxslərinə cinayət işi açıldı - 3 maddə ilə
Sabah hava necə olacaq? - Proqnoz
Media subyektləri üçün vergi güzəştləti bu tarixədək uzadılacaq
İordan çayının qərb sahilində gərginlik böyüyür
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
Prezident onu ictimai yerdə qəfil öpən sərxoş kişidən şikayətçi oldu: "Bu, bütün qadınlara qarşı əxlaqsızlıq idi" - VİDEO
Sektor müdirinə şiddətli töhmət verildi - İntizam qaydasını pozub!
Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir
Ölkədə siqaret və spirtli içkilərin qiyməti bahalaşacaq
Okan Buruk: "Viktor Osimheni almaq bir xəyaldır, bunu yazın"
Tramp Nyu-Yorkun müsəlman merinə barmaq silkələdi: "O, mənimlə düzgün davranmalıdır"
ÜST: "İsrail Qəzzada 31 Peyvənd Mərkəzini vurub"
Efirdə dava: Telli Borçalı jurnalistlə dalaşdı - VİDEO
MHŞ üzvləri toplandı: Bəzi məhkəmə sədrlərinin hakimlik səlahiyyətlərinə xitam verilib (FOTO)
Şamaxı rayonunda ər arvadını güllələyib
Bakıda hərbi orkestrlərin müşayiəti altında yürüşlər başlayıb
Putin Təhlükəsizlik Şurasını topladı, dünyanı qorxuya salan tapşırıq verdi - Nüvə sınaqları ilə bağlı
Çempionlar Liqası: "Qarabağ" Bakıda "Çelsi" sınağında, artıq qollar var - YENİLƏNİB)
MİA.AZ-dan XƏBƏRDARLIQ: server köçürülməsi ilə əlaqədar sayt müvəqqəti olaraq açılmaya bilər!
TİKAN və PAMBIQ (Ahəng qanununa tabe olmayan sözlərin hekayəsi)
UEFA bizim mediaya bəzi qadağalar qoyub - Əcnəbi jurnalistlər də bizdən şikayətçidir
Britaniya səfiri “Çelsi”yə qarşı - İngiltərənin “zadəgan”ları deyəsən bizı rəiyyət hesab edir?
PREZİDENT BİR QRUP ELM ADAMINI TƏLTİF ETDİ - Siyahı