Misir Mərdanovdan haqqındakı iddialara reaksiya: "Bu, böhtandır, hazırda öz işimin başındayam"

img

05-11-2025 [16:39]


Mətbuatda sabiq təhsil naziri, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edən professor Misir Mərdanovla bağlı iddialar yayılıb.

İddialara görə, guya o, elm və təhsil naziri Emin Əmrullayevin tezliklə vəzifəsi ilə vidalaşacağına inanır və professor nazir postuna özünü ən real namizəd sayır.

Mia.az xəbər verir ki, Modern.az iddialara aydınlıq gətirmək üçün Misir Mərdanovla əlaqə saxlayıb.

Sabiq nazir bildirib ki, nazir postuna qayıtmaq arzusunda deyil: "Mənə elə gəlir ki, bu iddialar böhtan xarakterlidir. Mənim belə arzu və istəyim ola bilməz. Mən hazırda öz işimin başındayam, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru olaraq çalışıram. Yenə deyirəm, bu iddialar böhtandır və camaatın başını qatmaq məqsədi daşıyır".

Qeyd edək ki, Misir Mərdanov 1998-ci ildən 2013-cü ilə qədər təhsil naziri postunda olub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA