Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
GÜNDƏM
04.11.2025, 22:52
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 4-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiə edən yeni vəkili Emil Babışov məhkəməyə vəsatət təqdim edib.
Qeyd edib ki, ötən iclaslarda Ruben Vardanyan və həmin vaxt onun hüquqlarını müdafiə edən vəkili məhkəməyə bir sıra vəsatətlər təqdim ediblər. Məhkəmədə həmin vəsatətlərlə bağlı qəbul olunmuş qərarların çıxarışları tam şəkildə müdafiə tərəfinə təqdim edilməyib. Müdafiəçi sözügedən qərarların çıxarışlarının tam şəkildə müdafiə tərəfinə təqdim olunmasını məhkəmədən xahiş edib.
Qeyd edək ki, ötən iclasda Ruben Vardanyana dövlət hesabına yeni vəkil təyin olunub. Həmin vaxtadək isə onun hüquqlarını özünün seçdiyi vəkil müdafiə edirdi. İki iclas əvvəl Ruben Vardanyan özünün seçdiyi vəkilindən imtina edib.
Hakim Zeynal Ağayev deyib ki, müdafiə tərəfinə indiyədək həmin çıxarışlar təqdim olunub və bundan sonra da onlar bu hüquqlarından istifadə edə biləcəklər.
Sonra Ruben Vardanyan növbəti vəsatətini təqdim edərək məhkəmə iclasına Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin dəvət olunmasını xahiş edib. Deyib ki, bu, ona qarşı irəli sürülən ittiham üzrə maddələrdən biri - Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə ilə bağlıdır.
Ruben Vardanyanın müdafiəçisi Emil Babışov da təqsirləndirilən şəxsin mövqeyini və vəsatətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş edib.
Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətində kimin hansı səbəbdən dindirilməsini, həmin şəxsin şahid qismində hansı ifadəni verə biləcəyinin və bunun ifadənin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama nə kimi aidiyyətinin olmasını aydın göstərmədiyini, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının hazırkı iş üzrə qanunsuz sərhəd keçməyə dair ifadələrinə zərurət olmadığını deyib.
Bildirib ki, əgər təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini ittihamın əksinə olaraq qanuni şəkildə keçdiyini iddia edirsə və bunu sübut etmək istəyirsə, buna dair qanunlarda nəzərdə tutulmuş qaydalar var. Təqsirləndirilən şəxs Azərbaycanın ərazisinə qanuni şəkildə daxil olubsa, onun ümumvətəndaş pasportunda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin möhürü olmalıdır. Pasportunda həmin möhürü göstərməklə sübut edə bilər.
Vüsal Əliyev vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.
Məhkəmə tərəfləri dinləyərək qərar qəbul edib. Qərara əsasən vəsatət baxılmamış saxlanılıb.
Hakim Zeynal Ağayev, həmçinin deyib ki, həmin şəxsin barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumatlar təqdim edilərsə, bu məsələ müzakirəyə çıxarıla bilər.
Daha sonra hakim Z.Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər.
Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etmədiklərini bildiriblər.
Ardınca Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət zamanı zərər çəkənlər ifadə veriblər.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Saqif Mikayılov bildirib ki, Xocalı rayonunun Əsgəran qəsəbəsi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində xəsarət alıb.
Zərərçəkmiş şəxs Aydın Qəribov ifadəsində qeyd edib ki, Şuşa rayonunun Xəlfəli kəndində düşmən tərəfindən açılmış atəşlər nəticəsində o, Ceyhun Şahnamazlı və Tərlan Cabbarov yaralanıblar.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Kənan Əbilov Xankəndi rayonunun adsız yüksəkliyində düşmənin odlu silahlardan açdığı atəşlər nəticəsində sol qolundan güllə yarası aldığını deyib.
Zərərçəkmiş şəxs Yusif Veysov ifadəsində bildirib ki, Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin minaatandan atdıqları mərmilərdən birinin yaxınlığına düşərək partlaması nəticəsində diz qapağından qəlpə yarası xəsarəti alıb.
Zərərçəkmiş şəxs Rahib Məmmədov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıraraq, Zəngilan rayonu ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Fərid Mehbalının, Təbriz Rəhimovun həlak olduğunu, özünün, İbrahim Mayıllı, Seymur Həsənli və adlarını hazırda xatırlamadığı daha bir neçə nəfərin yaralandığını deyib.
Toğrul Nəcəfli ifadəsində vurğulayıb ki, Zəngilan rayonu ərazisində düşmənin təxribatı nəticəsində o və daha bir neçə nəfər yaralanıb. Fərid Rüstəmov, Fərid Mehbalı, Təbriz Rəhimov isə həlak olublar.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Faiq Cəfərov qeyd edib ki, Laçın rayonu ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində özü və bir neçə nəfər yaralanıb, daha bir neçə şəxs isə həlak olub.
Zərərçəkmiş şəxs Emin Məmmədov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında bildirib ki, Laçın rayonu ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Əli Əliyev həlak olub, eyni zamanda o, Tural Ağcabəyov, Qabil Məmmədov və adlarını xatırlamadığı daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıblar.
Ramazan Məhəmmədov ifadəsində qeyd edib ki, Xocavənd rayonu ərazisində düşmən tərəfindən atılan top mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində o və daha bir neçə nəfər yaralanıb.
İfadə verən zərərçəkmiş şəxslər Seyran Eminov, Vüqar Məmmədov, Tural Bağırov, Nərməddin Quliyev, Əli Rüstəmov, Əhməd İbrahimov, Tural İmamquliyev, Saleh İsmayılov, Asif Məmmədov, Ariz Haşımov, Vidadi Xaniyev, Nazir Güləliyev Kəlbəcər rayonu ərazisində düşmənin təxribatı nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar.
Qulu Quliyev, Böyükağa Həsənov, Səxavət Quliyev ifadələrində Laçın rayonu ərazisində, Seymur Həsənli, Asif Məmmədov, Uğur Şükürlü isə Zəngilan rayonu ərazisində düşmən təxribatları nəticəsində yaralandıqlarını bildiriblər.
Daha sonra ifadə verən İbad İsmayılov, İlkin Rəhimov və Elmir Beydullayev Xocavənd rayonu, Ayxan Abdullayev Şuşa şəhərində İsa bulağı, Gündüz Qurbanov Şuşa rayonunun Xəlfəli kəndi, Rəfael Səlimov Ağdam rayonu, Hicran Sultanov isə Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları zamanı yaralandıqlarını vurğulayıblar.
Məhkəmədə, həmçinin cinayət işi materiallarında olan və ibtidai istintaq zamanı toplanmış sənədlər elan olunub, sübutlar tədqiq edilib.
Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur/Azərtac
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Çalıkuşu"nun “Feride”si illərə meydan oxuyur - FOTOLAR
Bugün, 00:34 MƏDƏNİYYƏT
-
Husilər Səudiyyə Ərəbistanına dronlarla hücum edib
Bugün, 00:26 DÜNYA
-
Türkiyə derbisi: "Qalatasaray" əzəli rəqibi devirdi, final fitindən sonra polislər meydana girdi
Bugün, 00:25 İDMAN
-
Braziliyada seçki gərginliyi: rəqib namizəd nəticələri tanımadı
Bugün, 00:20 DÜNYA
-
“Beşiktaş”ın baş məşqçisi: “Bu, məni çox sevindirir"
Bugün, 00:12 İDMAN
-
İran Baş Qərargahı: "Əvvəlki dövrlərlə müqayisədə daha yüksək hazırlıq səviyyəsindəyik"
Bugün, 00:12 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR (Yenilənib)
26.10.2026, 22:35 CƏMİYYƏT
-
"Məkkə İttifaqı" ölkələri ilə İran arasında danışıqlar başlayıb - Tehranda kimlər bir araya gəlib?
26.10.2026, 22:02 GÜNDƏM
-
BMT: "Təəssüf ki, soyuq mövsüm yaxınlaşdıqca, Ukraynaya hücumlar yenidən şiddətlənib"
26.10.2026, 21:07 DÜNYA
-
Türkiyənin turizm cənnəti su altında qaldı - Yollar nəqliyyata bağlandı + FOTO
26.10.2026, 18:40 GÜNDƏM
-
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLAR
26.10.2026, 18:33 GÜNDƏM
-
XƏTAİDƏKİ MƏŞHUR KÜTLƏVİ DAVA: DEPUTATIN OĞLU İLƏ BİRGƏ DAHA KİMLƏR TUTULUB? - VİDEO, FOTOLAR (YENİLƏNİB)
26.10.2026, 18:14 KRİMİNAL
-
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə... - Qərar qəbul olundu
26.10.2026, 18:03 CƏMİYYƏT
-
Baş nazir onların maaşı barədə qərar imzaladı - CƏDVƏL
26.10.2026, 17:56 İQTİSADİYYAT
-
Ağ və sirli heyvan: 1.8 uzunluqdakı yırtıcı tədqiqatçıları da çaş-baş saldı + FOTOLAR
26.10.2026, 17:51 DÜNYA
-
Parlament Prezidentə səlahiyyət verdi - Misir ordusu Yəmənə girəcək?
26.10.2026, 17:41 DÜNYA
-
"CHP-nin prezidentliyə namizədi hazırdır"
26.10.2026, 17:22 SİYASƏT
-
Keçmiş icra başçısı 71 yaşında vəfat edib
26.10.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
26.10.2026, 17:00 İQTİSADİYYAT
-
Okan Buruk hamını topladı - Derbi üçün yalnız bir istəyi var
26.10.2026, 16:47 İDMAN
-
İsmayıl Kartal: "Qalatasaray"ı 10 nəfərlə məğlub etdim, yenə də edəcəyəm"
26.10.2026, 16:44 İDMAN
-
Aynur Elgünəş ev dustaqlığına buraxılmadı
26.10.2026, 16:42 PRESS
-
İki qurum QHT-lər üçün qrant müsabiqəsi elan edib
26.10.2026, 16:31 CƏMİYYƏT
-
Prezidentin köməkçisi: "Biz bu təşəbbüsləri səbirsizliklə gözləyirik"
26.10.2026, 16:24 SİYASƏT
-
Mayk Tayson İstanbula gəldi: "Mən yalnız Braziliya və Argentinanı izləyirəm, mənə onlar haqda danışın" - FOTOLAR
26.10.2026, 16:15 İDMAN
-
Elnarə Baxış mətbuat xidmətindən ayrılıb
26.10.2026, 16:05 PRESS
-
Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
26.10.2026, 15:44 GÜNDƏM
-
Müğənninin geyimi gündəm oldu - FOTOLAR
26.10.2026, 15:31 ŞOU-BİZNES
-
"Survivor"un idmançısı Gürcüstanda tutuldu
26.10.2026, 15:17 KRİMİNAL
-
PKK Sincardan geri çəkilir - İllər sonra bölgədə İraq bayrağı qaldırıldı
26.10.2026, 15:17 DÜNYA
-
Hikmət Hacıyev: "Sülh sazişi imzalana bilər, amma bu tək kağız üzərində olmamalıdır" (Yenilənib)
26.10.2026, 15:12 SİYASƏT
-
Direktorun otağında canlı yayım edən müəllimənin əmək müqaviləsinə xitam verilib
26.10.2026, 15:01 CƏMİYYƏT
-
55 Azərbaycan QHT rəhbəri İran prezidentinə açıq məktubla müraciət edib - MƏTN + SİYAHI
26.10.2026, 14:56 SİYASƏT