Gənclərimizi “zəhərləyən” “Bizon”... - Deputatdan çağırış
04-11-2025 [09:28]
Enerji içkilərinin insan orqanizmində bir çox ciddi fəsadlara yol açdığı, hətta, bəzi hallarda ölümcül olduğu məlumdur. Lakin təəssüf ki, ölkəmizdə bu içki növü, xüsusən gənclər arasında çox populyardır. Azərbaycana “Bizon” və bu kimi digər enerji içkiləri Ceyhun Abbasovun rəhbərlik etdiyi “Avrora” şirkəti tərəfindən gətirilir. Bəs gənclərimizin bu zərərli içkilərlə “zəhərlənməsinin” qarşısı necə alına bilər?
Bu barədə danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, enerji içkilərinin zərərləri barədə deyilənlərə baxmayaraq, istifadə edənlərin sayında azalma yoxdur, hətta artım var:“Təəssüflər olsun ki, xüsusən gənc nəsil, yetkinlik yaşına çatmayanlar bu içkilərdən olduqca həvəslə istifadə edir. İlkin dövrlərdə belə bir təbliğat aparılmışdı ki, enerji içkilərindən istifadə əhval-ruhiyyəni yaxşılaşdırır, əmək qabiliyyətini artırır və s. Amma bu, olduqca zərərli vərdişdir. Enerji içkilərinin tərkibi ilə bağlı da ziddiyyətli məlumatlar var”.
Deputat bildirib ki, enerji içkilərinin ölkəyə buraxılmaması və satışının qadağan edilməsi istiqamətində mütləq addımlar atılmalıdır: “Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vasitəsilə enerji içkilərinin ölkəyə daxil olmasının qarşısının alınması istiqamətində addımlar atılmalıdır. Yetkinlik yaşına çatmayanlara, xüsusən məktəblilərə enerji içkilərinin satılması qadağan edilməlidir.
Bu içkilərin zərərli olması ilə bağlı maarifləndirmə işləri də artırılmalıdır. İstər ailədə, istər məktəblərdə bu içkilərin insanda ciddi fəsadlara səbəb ola biləcəyi ilə bağlı insanlar maarifləndirilməlidir. Dövlət qurumlarının, xüsusən AQTA-nın prosesə nəzarət etməsi, bir çox mənşəyi bəlli olmayan enerji içkilərinin ölkəyə idxalının qarşısının alınması və satışının qadağan edilməsi bizi bu bəladan qurtara bilər”. /Demokrat.az/
Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib
Maştağa və Albalılıqda işıq olmayacaq
AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ
Binəli Yıldırım: Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır
Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib
İranda neft emalı zavodunda güclü yanğın baş verib
Bakıda vətəndaşa əlillik dərəcəsi almaqda kömək edəcəyinə yalan vəd verən qadın saxlanılıb
Zəfər Günü ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb
Lənkəranda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb
Qafqaz Müsəlmanları İdarəsində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib
Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb
Siyəzəndə yeni doğulan körpə ölüb
Xəzər sahilində 112 ölü suiti aşkarlanıb
Azərbaycan nefti cüzi bahalaşdı
Gənclərimizi “zəhərləyən” “Bizon”... - Deputatdan çağırış
"Emin Əmrullayev maaşını alıb?"
Çempionlar Liqası: bu gün 9 oyun oynanılacaq
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb
İsrail Qəzzada həbs etdiyi fələstinliləri sərbəst buraxıb
Bodrumda 41 metrlik yelkənli qayıq "quma oturub"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş məmura bağlı olan şirkətlə 800 min manatlıq sövdələşmə olub
Osimhen UEFA-nın saytına müsahibə verib: "Çempionlar Liqasında fərq yaratmaq istəyirik"
İDEOLOJİ TƏRBİYƏ: Uzaq sahillərdə - Əli Cabbarov yazır
Romada 13-cü əsrə aid tarixi qüllə çökdü - Təmir zamanı (FOTO)
Alp dağlarında qar uçqunu: beş nəfər ölüb
Belçikada hərbi hava bazasında həyəcan - "F-16-ların yerlərini öyrənmək istəyirlər"
Sudanda vəhşət: 2 mindən çox insan qılıncla doğranıb - "Daha çoxunu öldürəcəyik" (FOTO)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Üzr istədi
Elton Məmmədov mülk və maşınlarını satıb