Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var

img

04-11-2025 [00:29]


Cənubi Asiya ölkəsi Nepalda qar uçqunu olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Yalung Ri dağında baş verib.

İlkin məlumata əsasən, yeddi nəfər ölüb.

Bölgə meriyasından bildirilib ki, ölənlərdən ikisi yerli, 5-i isə xarici alpinistlər olub: "İki nepallı bələdçi olublar. Onlar 4900 metr yüksəklikdə yerləşən düşərgədə olarkən qar uçqunu ilə üzləşiblər. 5 nəfər isə yaralı halda xilas olunub. Xarici alpinistlərin milliyyəti və şəxsiyyəti hələ müəyyən olunmayıb. Onların axtarışına vertolyotlar və əlavə canlı qüvvələr yönəldilib"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA