Nurlan Həsənovla bağlı iddialar: kimlər və niyə həyəcanlanıb ki...

img

29-10-2025 [12:21]


Bir neçə gün əvvəl bir çox saytlarda  PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovla adı biznes və şəxsi dostluq əlaqələrində hallanan vaxtilə Nərimanov rayonu İcra Hakimiyyətində, indisə Abşeron İcra Hakimiyyətində yüksək vəzifə tutan Nurlan Həsənovla bağlı iddialar onu və ətrafını qorxuya salıb.

Mia.az-ın məlumatına görə, dünən yayılan 2 milyardlıq mülklərin siyahısından sonra bir çox saytlar, hətta hazırda PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin qeyri-rəsmi nəzarətində olan saytlarda "özfəaliyyət yazılar" - yəni, "şəxsi münasibətlər"ə söykənən tərifli yazılar peyda olmağa başlayıb.

Həmin yazılarda Nurlan Həsənov ilahiləşdirilib, onun Ramiz Mehdiyev-Əli Həsənov cütlüyündən kənarda tutulması naminə canyananlıq edilib. Hətta "Mehdiyev-Həsənov buruluğanı"ndan onu uzaq tutmaq üçün əmisi, sabiq deputat, "Şərurlu polkovnik" kimi tanınan Allahverdi Həsənov faktoru da qabardılıb. Elə təəssürat yaradılmağa cəhd olunur ki, guya Nurlanın yuxarıda qeyd olunan şəbəkəyə bağlılığı olmayıb. 

Üstəlik,  Allahverdi Həsənovun adını qabartmaqla guya iz azdırırlar ki?! Hər halda bunun özü də araşdırılmalı mövzudur...

Ümumiyyətlə, görəsən, böyük sərvətə və ciddi media əlaqələrinə sahiblənmiş N.Həsənov niyə belə həyəcanlanıb?

Mövzuya qayıdacağıq!

Son olaraq, N.Həsənovun mediadakı "budaqları"nı həyəcanlandıran yazıyla buradan tanış ola bilərsiniz:

https://mia.az/w1091113/ramiz-mehdiyev-ve-eli-hesenovla-adi-hallanan-nurlan-hesenov-o-kimdir-o-qeder-mulkleri-ortaya-cixdi-kisiyahi-2025-10-29-003620

Samir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA