Xanım deputatın mandatına xitam veriləcək? - Adı sahibkar kimi gedir (VİDEO)
29-10-2025 [09:00]
Xəbər verdiyimiz kimi, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının ötən günlərdə keçirilən qurultayında qalmaqal yaşanıb.
Partiyanın yeni sədrinin kim olacağı məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı müşahidə olunub. Qurultay zamanı Fəzail Ağamalı ilə oğlu arasında gərginlik yaranıb və mühafizəçilərin müdaxiləsi nəticəsində ata və oğul bir-birindən uzaqlaşdırılıb.
32gun.az sabiq bağça müdiri olan, deputat Günay Ağamalının rəhbərlik etdiyi müəssisə ilə bağlı araşdırma aparıb. Əldə etdiyimiz məlumata görə, “BUTA” Körpələr Evi Uşaq Bağçası hazırda da Günay Ağamalı Fəzail qızına məxsusdur. Bu məlumat Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestrində də öz əksini tapır. Belə ki, nizamnamə kapitalı 20 manat olan “BUTA” Körpələr Evi Uşaq Bağçasında qanuni təmsilçi kimi Günay Ağamalı Fəzail qızı göstərilir.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasında deputatlığa namizədlər üçün müəyyən şərtlər nəzərdə tutulub. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndinə əsasən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Həmçinin Konstitusiyanın 89-cu maddəsində deputat mandatından məhrumetmə və səlahiyyətlərin itirilməsi ilə bağlı əsaslar göstərilir. Həmin maddənin 4-cü bəndində qeyd olunur ki, dövlət orqanlarında vəzifə tutan, din xadimi olan, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olan şəxslərin deputat mandatı ləğv edilir.
Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə görə, dövlət orqanları və qurumlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır.
Xatırladaq ki, Günay Ağamalı 1 sentyabr 2024-cü il tarixində keçirilən parlament seçkilərində 65 saylı Salyan–Biləsuvar–Neftçala seçki dairəsindən deputat seçilib.
Ceyhun Bayramov Özbəkistana gedib
Yeni Aparat rəhbəri kimdir? - Tərcümeyi-hal
Qazaxıstanın Ali Məhkəmə Şurasının sədri Azərbaycan Ali Məhkəməsində olub - Görüş + FOTO
Səfirlik Monteneqroda azərbaycanlılara hücumla bağlı açıqlama yaydı: "Proses diqqətədir..."
Ərdoğan Öcalanla görüşən heyəti qəbul edəcək - Sabah bu saatda...
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub - FOTO
CHP-li keçmiş bələdiyyə sədri saxlanılıb
"DTX ciddi orqandır, istintaqın şəffaf gedəcəyi və..." - Deputat adının Ramiz Mehdiyevlə hallanmasına belə reaksiya verdi
BU MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Sərəncam + SİYAHI
Şirvanda zəlzələ oldu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
Ziraat kuboku: Super Liqa komandası həvəskar komandaya uduzdu
"Real Madrid"in baş məşqçisi məşhur hücumçunu vurmaq istəyib - Bu görüntüyə görə (FOTO)
İsrail Qəzzanı bombardman elədi - Daha 104 nəfər həyatla vidalaşıb
Teymur Musayev ÜST-də vəzifə alıb
"Bolmart” supermarketlər şəbəkəsi qapadılır? - Yoxlama gedir
Azərbaycan və Oman arasında viza rejimi ləğv olunub
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
"Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə..." - Bakı İH-dən tarixi binaların sökülməsi xəbərinə reaksiya
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb
Luçano Spalletti: "Hər kəs "Yuventus"da olmaq istəyər"
Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında maarifləndirmə işi aparılıb - FOTOLAR
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
Əməkdar artist vəzifədən azad olunub
Onlara vəzifə verildi - Kolleclərdə
"Təqaüddə olan adamam, nə işə qarışmalıyam?" - Keçmiş Baş nazir
Kifayət Mustafayeva UEFA-dan təyinat alıb
PREZİDENT BU NAZİRLİYƏ ƏLAVƏ SƏLAHİYYƏT VERDİ - Sərəncam
AMEA-da yoxlama davam edir
50 yaşlı kişi dəm qazından ölüb
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün "Bakcell"in lotereyasında 4-cü avtomobil sahibi seçiləcək!
Milli Məclisdə beynəlxalq parlament konfransı keçirilib (Yenilənib)
Sabah yağış yağacaq - Proqnoz
İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu - FOTOLAR
Ramiz Mehdiyevlə bağlı daha bir iddia - Sabiq deputat 3 milyonluq mənimsəmədə ittiham olunur
Prezident İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda: Axar-Baxar Milli Parkının açılışı olub (FOTOLAR)
Nurlan Həsənovla bağlı iddialar: kimlər və niyə həyəcanlanıb ki...
YAP-çı deputat Milli Məclisə qarşı - Tənqidi paylaşımı bəyənib
Ağdərədə yük maşını aşıb, sürücü ölüb