Keniyada təyyarə qəzası: 8 macar, 2 alman ölüb

img

29-10-2025 [00:03]


Afrika ölkəsi Keniyanın paytaxtı Nayrobidən təxminən 500 kilometr cənubda təyyarə qəzaya uğrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kvale Rayon Polis rəisi Abdillahi Alio açıqlama verib.

O bildirib ki, Tsimba məhəlləsində baş verən qəzada təyyarədə olanların hamısı hadisə yerində ölüblər: "Təyyarədə olan 11 nəfərdən sağ qalanı olmayıb".

Xəbərdə deyilir ki, təyyarədiklər turistlər olublar: "Təyyarə "Mombasa Air Safari" şirkətinə məxsus olub. Onlar bildirir ki, təyyarədə səkkiz Macarıstan və iki Almaniya vətəndaşı, eləcə də bir keniyalı heyət üzvü olub..."

Şirkətin məlumatına görə, i, təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tsimba məhəlləsində qəzaya uğrayıb: "Səbəb araşdırılır".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA