PFL "İmişli" -"Qarabağ" oyununun yerini dəyişib -  "Çelsi" ilə matça görə

img

28-10-2025 [20:10]


"Qarabağ" klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Mia.az xəbər verir ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının X turunda keçiriləcək "İmişli" – "Qarabağ" oyunu ilə XX turda baş tutacaq "Qarabağ" – "İmişli" matçının yerinin dəyişdirilməsini istəyib.

"Köhlən atlar" UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Çelsi" (İngiltərə) ilə oyuna daha yaxşı hazırlaşmaq üçün bu addımı atıblar.

"Qarabağ" klubunun rəsmi müraciətini və "İmişli" kollektivinin razılığını nəzərə alan PFL Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliyə razı olub.

Belə ki, X turda tərəflər "Azersun Arena"da üz-üzə gələcək və oyun "Qarabağ" – "İmişli" görüşü kimi rəsmiləşəcək. Matç 31 oktyabr saat 17:00-da start götürəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA