Papa XIV Leo Türkiyəyə səfərə hazırlaşır - Tarix və qrafik bəlli oldu

img

27-10-2025 [18:45]


Katoliklərin lideri və Vatikanın dövlət başçısı Papa XIV Leo Türkiyəyə rəsmi səfərə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər 27-29 noyabr tarixlərində həyata keçiriləcək.

Məlumata əsasən, bu,  onun vəzifəyə başlamasından bəri ilk xarici səfəri olacaq.

Vatikanın Mətbuat Ofisi xəbəri təsdiqləyib.

Bildirilib ki, Papa 27 noyabrda Ankarada rəsmi görüşlər keçirəcək, sonra isə axşam İstanbula gedəcək: "O, 28 noyabrda İstanbuldan isə İznikə - xristian tarixində önəmli rolu oan önemli bir yeri olan Birinci İznik Konsulunun 1700 illiyi ilə bağlı əlamətdar tarixi mərasimə qatılacaq. Papa XIV Leo 29 ​​noyabrda Sultanəhməd məscidini ziyarət edəcək və sonra İstanbuldakı xristian icmaları ilə görüşəcək..."

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA