Nazir Vilayət Eyvazov polis olmaq istəyən 189 nəfəri növbəti mərhələyə buraxıb - VİDEO

img

27-10-2025 [17:32]


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 189 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Qeyd olunub ki, onlardan 14 nəfəri Vətən müharibəsi iştirakçısı olub.

Nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA