Sabah Bakının üç rayounda qaz olmayacaq

img

27-10-2025 [16:53]


Sabah Bakının Yasamal, Sabunçu və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mia.az "Azəriqaz" İstehsalat Birliyinə istinadla xəbər verir ki,  paytaxtın üç rayonunda qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 28-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq, Mətbuat, H.Cavid, Azərbaycan və Bülbül prospektlərinin, eləcə də M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşınlı, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və Rastropoviç küçələrinin, Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsi, Qurtuluş və K.Kərimov küçələrinin, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunun, həmçinin Xətai rayonu üzrə isə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA